• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Anar Quliyev: Azərbaycan WUF13-ün qlobal dialoqdan daha çox dönüş nöqtəsi olmasına çalışır

Noyabr 18, 2025
A A

Dhofarda və Belemdə keçirilən COP müzakirələri göstərdi ki, mənzil məsələsi şəhər iqlim gündəliyinin ayrılmaz hissəsidir. Mənzilin əlçatanlığını, inklüzivliyini, davamlılığını və dayanıqlılığını təmin etmədən sürətli urbanizasiyanın çağırışlarına cavab vermək və iqlim öhdəliklərimizi effektiv şəkildə yerinə yetirmək mümkün deyil. Ümumdünya Şəhərsalma Forumu (WUF13) bu məqsədlər üçün əməli fəaliyyətə əsaslanan unikal platforma yaradacaq.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev tədbirlə bağlı Bakıda diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, forum yalnız müzakirələrin aparıldığı deyil, həm də qlobal mənzil problemlərinə real həll yollarının təklif olunduğu beynəlxalq əməkdaşlıq məkanı olacaq: “Azərbaycan bu forumun təsir gücünü artırmaq üçün xüsusi təşəbbüslər irəli sürür. WUF13 çərçivəsində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Liderlər Sammiti keçiriləcək. Bu, mənzil və şəhərsalma məsələlərinin qlobal siyasi gündəlikdə prioritet mövqe tutmasına xidmət edəcək”.

Anar Quliyev qeyd edib ki, görüş daha interaktiv və nəticəyönümlü formatda təşkil olunaraq ölkələr arasında birbaşa fikir mübadiləsinə, siyasət dialoqunun gücləndirilməsinə və praktiki həllərin paylaşılmasına şərait yaradacaq.

“Forumun əsas məkanı olan Bakı Olimpiya Stadionu bütün iştirakçılar üçün əlçatanlıq, rahat logistika və yüksəksəviyyəli təşkilatçılıq təmin edəcək. WUF13 iştirakçı ölkələrə şəhərsalma, mənzil siyasəti və iqlimədavamlılıq sahəsində əldə etdikləri nailiyyətləri nümayiş etdirmək, yenilikçi yanaşmalar və texnologiyalar təqdim etmək, tərəfdaşlıq əlaqələrini genişləndirmək və qlobal siyasət müzakirələrinə töhfə vermək üçün mühüm imkan yaradır”, – deyə A.Quliyev vurğulayıb.

Komitə sədri əlavə edib ki, Azərbaycan WUF13-ün qlobal dialoqdan daha çox dönüş nöqtəsi olmasına çalışır və mənzilin davamlı inkişafın əsas hərəkətverici qüvvəsi kimi qlobal səviyyədə qəbul edilməsinə dəstək verir. Xüsusilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində aparılan geniş bərpa və inkişaf layihələri iqlimədavamlı urbanizasiya üçün nümunə rolunu oynayır.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.