• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Ankarada 8 Noyabr – Zəfər Günü

Noyabr 24, 2025
A A

Türkiyənin Ankara şəhərinin Batıkent rayonunda 8 Noyabr – Zəfər Günü Xatirə Xiyabanının təməlqoyma mərasimi keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki,  44 günlük müharibədə Azərbaycanın tarixi Zəfərinə həsr olunmuş tədbir ölkəmizin Ankaradakı səfirliyi, SOCAR və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) tərəfindən birgə təşkil olunub.

Mərasimdə diplomatlar, qardaş ölkənin müxtəlif qurumlarının rəhbərləri, Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri, Türkiyə universitetlərinin tələbələri və Heydər Əliyev məktəbinin şagirdləri Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə İstanbul Vəkillər Palatasının üzvü, Mədəniyyətlərarası Əlaqələr Cəmiyyətinin rəhbəri Nərgiz Attar şəhidlərin azadlığımızın, müstəqilliyimizin və qəhrəmanlığımızın rəmzi olduğunu bildirib, gəncləri Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad etməyə çağırıb.

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, TADİV-in rəhbəri Aygün Attar və SOCAR Türkiyə Enerji Şirkətinin baş direktoru Elçin İbadov çıxışlarında Vətən müharibəsində Azərbaycanın Zəfərinin tarixi əhəmiyyətindən danışıblar.

Sonra ağacəkmə prosesinin başlanğıcını bildirən lent kəsilib.

TADİV-in baş koordinatoru Ali Əkbər Tufan Ankaradakı yeni Xatirə Xiyabanında minlərlə ağacın əkilməsinin planlaşdırıldığını və bunun Türkiyə paytaxtının həmin guşəsini iki qardaş xalqın birliyinin yeni simvoluna çevirəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Türkiyə Meşəçilik İdarəsi Ankarada 8 Noyabr – Zəfər Günü Xatirə Xiyabanının yaradılmasına fəal şəkildə dəstək göstərib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.