• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Arif Paşayev Lord Con Olderdaysla görüşüb

Dekabr 15, 2025
A A

Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Olderdaysla görüşüb.

Akademiyadan Globalart.az-a bildirilib ki, görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev, Britaniya səfirliyinin nümayəndələri Aleks Tayrell və Elvin Rzayev, MAA-nın prorektorları Ədalət Səmədov və Gülnarə Əhmədova, Təlim Mərkəzinin baş direktoru Aqil Heydərov iştirak ediblər.

Akademik Arif Paşayev qonaqları səmimi salamlayaraq, Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında neft-qaz sahəsindəki birgə əməkdaşlığı dünya miqyasında bir nümunə kimi qiymətləndirib. Söhbət zamanı Böyük Britaniya şirkətlərinin AZAL, “Silk Way Holding” və Milli Aviasiya Akademiyası ilə çoxillik səmərəli əlaqələri barədə danışılıb. Akademik Arif Paşayev bildirib ki, 2000-ci illərdə Azərbaycan “Boeing 757” təyyarələrinin istismarına başladıqda AZAL və MAA-nın Böyük Britaniyanın Rolls-Roys şirkəti ilə sıx işbirliyi qurulub.

AZAL-ın prezidenti Samir Rzayev Böyük Britaniya ilə sıx əlaqələrdən danışaraq qeyd edib ki, bu əlaqələrin əsasını Bakı ilə London arasındakı birbaşa təyyarə reysləri ilə yanaşı, uçuşların təhlükəsizliyinin idarə olunmasında, naviqasiya sistemlərinin və aeroportların əməliyyat strukturlarının təkmilləşdirilməsində, təyyarələrin uçuş yararlığının saxlanılmasında və digər vacib məsələlərin həllində Azərbaycan ilə Böyük Britaniya şirkətləri arasındakı birgə əməkdaşlıq təşkil edir.

Daha sonra akademik Arif Paşayev 2009-2010-cu illərdə MAA-da Böyük Britaniyanın “Thales” şirkətinin istehsalı olan “Airbus A320”, “Boeing 757/767” və “ATR 42/72” hava gəmilərinin uçuş simulyatorları quraşdırıldığını qeyd edib. Son 2 ildə “Acron Aviation” (əvvəlki “Thales” və “L3 Harris”) şirkətinin daha 3 trenajoru – “Boeing 777-200LR/F/300ER”, “Boeing 787-9” təyyarələrinin simulyatorları və “Airbus A320” təyyarəsinin FPT (Flat Panel Trainer) prosedur trenajoru MAA-da quraşdırılıb. Akademiyanın Təlim Mərkəzində hazırda fəaliyyət göstərən 8 uçuş simulyatorundan 5-i “Acron Aviation” şirkətinə məxsusdur. Qeyd olunub ki, MAA-nın uçuş trenajorlarının ilk beynəlxalq sertifikasiyası da məhz İngiltərənin mülki aviasiya agentliyi tərəfindən həyata keçirilib. Bunlarla yanaşı, AZAL, “Silk Way Holding” və MAA mütəxəssisləri Böyük Britaniya şirkətlərində uçuş və texniki heyətin, təlimatçıların, mühəndislərin, peşəkar ingilis dili müəllimlərinin hazırlığı və digər təlimlərdə iştirak ediblər. Söhbət zamanı qonaqlara Akademiyanın infrastrukturu, beynəlxalq əlaqələri, fakültə və kafedraları, ixtisasları, tələbə və məzunları, elmi tədqiqat və təlim-tədris prosesi haqqında geniş məlumat verilib. Bir sıra ixtisas proqramlarının hazırlanmasında Böyük Britaniyanın Kinqston və Qrenfild universitetlərinin təcrübəsindən istifadə edildiyi qeyd olunub.

Tərəflər Azərbaycan aviasiyasının inkişaf istiqamətləri, Böyük Britaniya ilə mövcud əməkdaşlıq və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar. Daha sonra qonaqları maraqlandıran suallar cavablandırılıb. Lord Con Olderdays və səfir Fergus Auld MAA-da olduqlarından məmnunluq bildiriblər.

Sonra qonaqlar Milli Aviasiya Akademiyasının Təlim Mərkəzində “Acron Aviation” şirkətinin nümayəndələrinin də iştirakı ilə yeni istifadəyə verilmiş “Boeing-787” simulyatorunda yaradılan təlim şəraiti ilə tanış olublar.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.