• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

ARKA-nın film layihələri müsabiqəsinin pitçinq mərhələsi başa çatdı

Oktyabr 2, 2025
A A

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən elan edilən 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin pitçinq mərhələsi yekunlaşıb.

Globalart.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, pitçinq mərhələsi dörd sessiya üzrə təşkil olunub və hər sessiya canlı yayım vasitəsilə ictimaiyyətə təqdim edilib. Bu yanaşma prosesin şəffaflığını təmin edib. Ekspert Şurasının fəaliyyətini dəstəkləmək üçün xüsusi hazırlanmış kitabçalar üzvlərə təqdim olunub.

Müsabiqəyə ümumilikdə 41 şirkət tərəfindən 88 film layihəsi təqdim olunub. Onlardan 17-si əvvəllər ARKA-dan maliyyə dəstəyi almış, 24-ü isə ilk dəfə müraciət edən şirkətlərin layihələridir. Təqdim edilən layihələr arasında müxtəlif janrlar yer alır:
24 tammetrajlı bədii film
21 qısametrajlı bədii film
14 sənədli film
14 bədii-sənədli film
15 animasiya filmi

Bu ilki müsabiqənin xüsusiyyətlərindən biri özəl sektorun fəal iştirakı olub. Təqdim edilən büdcələrə əsasən, layihə xərclərinin təxminən 31 faizi özəl şirkətlər, 69 faizi isə dövlət dəstəyi hesabına qarşılanması nəzərdə tutulur. Bu göstərici kino sahəsində dövlət-özəl tərəfdaşlığının güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Seçim nəticəsində 29 layihə pitçinq mərhələsinə buraxılıb. Onların bölgüsü belədir:
6 tammetrajlı bədii film
8 qısametrajlı bədii film
4 bədii-sənədli film
3 sənədli film
5 animasiya filmi
3 tələbə filmi

Seçim Komissiyası və Ekspert Şurasının yekun iclası 7 oktyabr 2025-ci il tarixində keçiriləcək. İclasın ardından qalib layihələrin siyahısı ictimaiyyətə açıqlanacaq.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.