“Arşın mal alan” ahıllar və uşaq evi sakinlərinin ifasında
A
A
Globalart.az “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən xəbər verir ki, Beynəlxalq Ahıllar Günü və Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Şirvanşahlar Sarayı bu dəfə “Arşın mal alan”ın səsini ahıllar və uşaq evi sakinlərinin ifasında eşitdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan tədbir nəsilləri birləşdirən incəsənət bayramına çevrildi.
Qədim sarayın divarları arasında səslənən musiqi və səmimiyyət tədbirə unudulmaz bir ruh qatdı.
Globalart.az

