• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Arxitektura Komitəsi və ADA Universiteti Anlaşma Memorandumu imzalayıb

Fevral 6, 2026
A A

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADA Universiteti arasında şəhərsalma və memarlıq sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Globalart.az “Report.az”a istinadən xəbər verir ki, sənədi Komitənin sədri Anar Quliyev və Universitetin rektoru, səfir Hafiz Paşayev imzalayıblar.

Anlaşma Memorandumu Komitə ilə Universitet arasında 17-22 mayda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində akademik tərəfdaşlığın genişləndirilməsi, şəhərsalma və memarlıq sahələrində konfransların, sərgilərin, seminarların, elmi görüşlərin, təlim və ustad dərslərinin təşkili, akademik proqram və kursların dizaynı, həmçinin tələbələr və akademik heyət üçün təlim və inkişaf proqramlarının təşkili kimi sahələrdə əməkdaşlıq istiqamətlərini əhatə edir.

Qeyd olunub ki, akademik ictimaiyyət ümumilikdə WUF13-ün əsas iştirakçı qruplarından biridir və forum müddətində keçiriləcək tədbirlərdə yerli və beynəlxalq akademik heyətin fəal iştirakının təmin edilməsi istiqamətində birgə tədbirlərin təşkili nəzərdə tutulur.

Komitə ilə universitet arasında əməkdaşlıq uzun müddətdir davam edir və bunun genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetində dizayn və memarlıq fakültəsinin açılmasının ölkədə urbanistik mühitin keyfiyyətinin artırılmasına, habelə müasir memarlıq, şəhərsalma və dizayn sahələri üzrə ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcəyi vurğulanıb.

Qeyd edilib ki, ölkə Prezidentinin 2025-ci il 22 dekabr tarixli 858 nömrəli Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADA Universiteti arasında əməkdaşlığın əhəmiyyətini artırmaqla yanaşı, bu istiqamətdə əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsinə zəmin yaradır. 3 il müddətinə bağlanan Memorandum tərəflərin qarşılıqlı razılığı əsasında uzadıla bilər., və şəhərsalma və memarlıq sahəsində elmi potensialın artırılmasına, beynəlxalq təcrübənin ölkədə tətbiqinə və Azərbaycanın qlobal urbanistik platformalarda fəal iştirakına xidmət edəcək.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.