• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Asahi adlı yapon üz masajı: necə və nə üçün istifadə olunur?

Sentyabr 23, 2025
A A

Yəqin ki, çox eşitmisiniz yapon qadınlarının “əbədi gəncliyi” haqqında – onlar 45 yaşında belə iyirmi yaş daha cavan görünə bilirlər. Burada genetikanın və unikal dəri tipinin böyük rolu var, amma onların özlərinə necə peşəkar şəkildə qulluq etməyi bacarmalarını da unutmaq olmaz. Üzün tonusunu qorumağın yollarından biri isə onlar üçün Asahi massajıdır.

“Asahi” (Zogan) təsadüfi olaraq “üzün yaradılması” kimi tərcümə olunmur. Məhz bu massaj sayəsində siz bərabər dəri rəngi, sağlam qızartı, həmçinin üz dərinizin elastikliyini əldə edə bilərsiniz.

Dünya Asahi massajı haqqında ilk dəfə yapon əsilli gözəllik eksperti Yukuko Tanakinin dilindən eşitdi. Yukuko, xüsusən kino aktrisaları arasında məşhurlaşaraq, peşəkar bacarıqlarını mükəmməlləşdirdi və qədim yapon metodikalarına əsaslanan yeni bir üz massajı texnikası yaratdı.

Massajın əsas prinsipi yalnız səthi deyil, həm də yaşla boşalan və sallanan dərin üz əzələlərinə təsir göstərməkdir. Limfa drenajını sürətləndirmək, toksinləri və artıq mayeni daha intensiv şəkildə bədəndən çıxarmaq və dəriyə elastiklik qazandırmaq üçün gündə cəmi 15 dəqiqə ayırmaq kifayətdir. Nəticə özünü çox gözlətməyəcək: bir ay ərzində siz əməliyyatsız və dekorativ kosmetikadan istifadə etmədən daha cavan görünməyə kömək edəcək əhəmiyyətli dəyişiklikləri görəcəksiniz. Massaj həmçinin üz ovalının dəqiqliyini yaxşılaşdırır, qırışları və göz altındakı qara halqaları azaldır.

Amma massaja başlamazdan əvvəl onun texnikası ilə ətraflı tanış olmaq lazımdır. Bundan başqa, limfa düyünlərinin yerləşdiyi yerləri öyrənmək olduqca vacibdir, çünki onlara toxunmaq qətiyyən qadağandır, əks halda dəriyə və sağlamlığa zərər vermək olar. Ən yaxşı halda isə massaj faydasız ola bilər.

Təəssüf ki, əksər faydalı prosedurlar kimi, bu massajın da əks göstərişləri var:

— iltihabi proseslər və dəri xəstəlikləri;
— limfa sistemi patologiyaları
— zəiflik və pis hal
— LOR xəstəlikləri
— kuperoz

Əgər üzü arıq olan biriysinizsə, prosedurla ehtiyatlı olun və əsasən üzün yuxarı hissəsinə diqqət edin. Əks halda üzünüz daha da arıqlaya və xəstə kimi görünə bilər. Yukuko özü bildirir ki, massajda ən vacib məqam dərini güclü basmaq deyil, limfa düyünlərinə doğru istiqamətdə yüngülcə oxşamaqdır.

Asahi üz massajı 12 əsas addımdan ibarətdir. Onları hər birini üç dəfə təkrarlamaq, sonra isə yekun hərəkəti yerinə yetirmək lazımdır.

Müəllif: Mehin Hüseynli

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.