• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

ATƏT və TÜRKPA arasında əməkdaşlıq perspektivləri Vyanada müzakirə olunub

Fevral 20, 2026
A A

Fevralın 18-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Avstriyanın paytaxtı Vyana şəhərinə rəsmi səfəri çərçivəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüş zamanı 2010-cu ildən etibarən ATƏT, ATƏT Parlament Assambleyası və TÜRKPA arasında mövcud olan əməkdaşlıq əlaqələrinin cari vəziyyəti müzakirə edilib. Həmçinin TÜRKPA-nın ATƏT Parlament Assambleyasında müşahidəçi statusunun əldə edilməsi ilə bağlı başlanmış proses, bu istiqamətdə mümkün dəstəyin göstərilməsi imkanları, eləcə də sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, münaqişələrin sülh yolu ilə həlli istiqamətində TÜRKPA-nın qurucu dövlətləri tərəfindən həyata keçirilən xarici siyasətə uyğun olaraq ATƏT və TÜRKPA arasında əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclaslarında TÜRKPA-nın yenidən iştirakı məsələsi də diqqət mərkəzində olub.

TÜRKPA Baş katibi Ramil Həsən qeyd edilən məsələlərlə bağlı ATƏT, eləcə də Təşkilatın Baş katibi Feridun Sinirlioğlu tərəfindən göstərilə biləcək dəstək və töhfənin əhəmiyyətini vurğulayıb.

Feridun Sinirlioğlu TÜRKPA-nın gələcək fəaliyyətində uğurlar arzulayaraq, ATƏT ilə TÜRKPA arasında mövcud əməkdaşlıq imkanlarına xüsusi diqqət yetiriləcəyini və ATƏT-in səlahiyyətləri çərçivəsində göstərilə biləcək dəstək istiqamətində müvafiq fikirlərini ifadə edib. TÜRKPA və Türk Dövlətləri Təşkilatının ATƏT üçün də önəmli olduğunu qeyd edərək, Türk dünyasının ortaq məqsədlərinə sahib çıxmağa və ümumbəşəri dəyərlərin daha da gücləndirilməsinə töhfə verməyə hər zaman hazır olduğunu bildirib.

Görüşdə, həmçinin TÜRKPA tərəfindən bu ilin may ayında İstanbul şəhərində keçirilməsi planlaşdırılan “Avrasiyada yeni əməkdaşlıq: Strateji münasibətlərin inkişafında TÜRKPA-nın rolu və parlament diplomatiyası” mövzusunda beynəlxalq konfransla bağlı da fikir mübadiləsi aparılıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.