Avrasiya çempionatında 8 qızıl
A
A
Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Kompleksində qrapplinq üzrə Avrasiya çempionatı keçirilib. Yarışda 30-dək ölkədən 700-ə yaxın idmançı iştirak edib.
İdmançılarımızdan Amid Adıgözəlli (42 kq), Fərhad Bağırov (60 kq), Fərid Babazadə (65 kq), Timur Simvol (66 kq), Əsəf Çopurov (70 kq), Marat Səfərov (76 kq), Elvin Abbasov (91 kq) və Tural Azayev (+91 kq) qızıl medal qazanıblar.
Globalart.az