• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan ən yaxşı seçildi

Noyabr 28, 2025
A A

Malayziya və ümumilikdə Asiya regionunda nüfuzlu hesab olunan “Top 10 of Asia” və “Top 10 of Malaysia” jurnallarının keçirdiyi sorğunun nəticəsinə görə Azərbaycan “Asiyanın ən yaxşı mədəni və tarixi turizm ölkəsi” adına layiq görülüb.

Globalart.az xəbər verir ki, hər iki jurnalın arxasında duran “RHA Media” qurumu Kuala-Lumpurda təşkil etdiyi “TOP ASIA Corporate Ball 2025” adlı illik tədbirdə xüsusi mükafatı Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudova təqdim edib. Minə yaxın iştirakçının qatıldığı mərasimdə Malayziya və digər Asiya ölkələrindən rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, diplomatik missiyaların əməkdaşları, şirkət rəhbərləri, ekspertlər, blogerlər və media təmsilçiləri yer alıblar.

Tədbir təşkilatçıları Azərbaycanın son illərdə turizm sektorunda gördüyü genişmiqyaslı işləri, infrastrukturun yenilənməsini və ölkəmizə artan qlobal marağı əsas gətirərək Azərbaycanın regionun aparıcı turizm məkanlarından birinə çevrildiyini xüsusi qeyd ediblər.

Azərbaycanın bu mükafata layiq görülməsi ölkəmizin zəngin tarixi, mədəni müxtəlifliyi və beynəlxalq səviyyədə tanınan turizm imkanlarının yüksək dəyərləndirilməsinin daha bir təsdiqidir.

Həmçinin bildirilib ki, “Top 10 of Asia” və “Top 10 of Malaysia” jurnalları Asiyada hər ay 400 mindən çox oxucuya çatır və regionun ən çox izlənən nəşrlərindən sayılır.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.