Azərbaycan–Çin teatr əməkdaşlığında yeni mərhələ
A
A
“Tanınmış Çin dramaturqu Yu Şuqanın “Ölülərin diriləri ziyarət etməsi” adlı əsəri teatrın sifarişi ilə tərcümə olunub. Yaxın aylarda bu tamaşanın məşqlərinə başlanılacaq və ümid edirik ki, növbəti il tamaşanı Pekində böyük uğurla təqdim edə biləcəyik”.
Bunu Globalart.az-a açıqlamasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı söyləyib.
Bildirilib ki, Pekin Milli Teatrının rəhbərliyinin və yaradıcı heyətinin Azərbaycana səfəri, həmçinin ustad dərsləri və mətbuat tədbirlərinin təşkili nəzərdə tutulur.
Globalart.az