• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“Azərbaycan dilini öyrənirik” kitabının təqdimat mərasimi keçirilib

Noyabr 19, 2025
A A

“LIBRAFF” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında Səbinə Əliyeva, Hüzurə Ağayeva və Gülarə Əmirovanın həmmüəllifi olduqları “Azərbaycan dilini öyrənirik” kitabının təqdimat mərasimi keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən kitabın həmmüəllifi Səbinə Əliyeva kitabın 4-6 yaşlı uşaqlar üçün nəzərdə tutulduğunu, ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində yetişən uşaqlara, o cümlədən Azərbaycandan kənarda yaşayan balaca həmyerlilərimizə ana dilini öyrətmək, dilimizə qarşı sevgi oyatmaq, öz dilimizdə ünsiyyət qurmaq bacarıqlarını uşaq yaşlarından formalaşdırmaq məqsədi daşıdığını deyib: “Bu kitabı hazırlamaqda əsas hədəflərdən biri Azərbaycan dilini öyrətməklə yanaşı, ölkəmizin milli dəyərlərinə, mədəniyyətinə bağlılıq yaratmaqdır. Kitab ümumilikdə 8 bölmədən ibarətdir və müxtəlif mövzulara həsr olunub. Kitabın ən maraqlı xüsusiyyətlərindən biri şəkillər əsasında hazırlanmasıdır. Həmin yaş qrupunda olan uşaqlarda oxu-yazı bacarığı hələ formalaşmır. Ona görə də balacaların qavrama xüsusiyyətləri nəzərə alınaraq mövzular şəkillərlə izah olunub. Bir yandan da şəkillərlə öyrənmə prosesi daha əyləncəli və yaddaqalan edir. Ən maraqlı cəhətlərdən biri “dinləyək və öyrənək” rubrikasıdır. Burada Azərbaycan şairlərinin şeirləri audioformat şəklində, yəni QR kod vasitəsilə səsli versiyada oxutdurulur. Bununla yanaşı, kitaba uşaqların erkən yaşda ilkin ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün ən zəruri olan ifadələr, sözlər, cümlələr daxil edilib ki, burada da məqsəd öyrənmə prosesini daha sistemli şəkildə həyata keçirməkdir. Məlum olduğu kimi, həmin yaş qrupundan olan uşaqlara yazılı söz və ifadələr, həmçinin şeirlər müəllimlər və valideynlər tərəfindən səsləndirilir və öyrədilir. Kitabda bir növ müəllim və valideynlərə istiqamət verilir”.

Kitabın redaktoru professor Sevinc Əliyeva üçillik zəhmətin bəhrəsi olan həmin kitabın dilimizə sevgi, dəyərlərimizə bağlılığın ifadəsi olduğunu bildirib. O, nəşrin xaricdə yaşayan və böyüyən azərbaycanlı uşaqların da sevimli kitabına çevriləcəyinə inamını ifadə edib.

Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, yazıçı, şair, pedaqoq, professor Zahid Xəlil, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Göyərçin” jurnalının baş redaktoru, professor Rafiq Yusifoğlu, Abdulla Şaiqin nəvəsi və ev-muzeyinin direktoru Ülkər Talıbzadə çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı nitqindən fikirləri xatırladıblar. Bildirilib ki, ölkə başçısının vurğuladığı kimi Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Çıxış edənlər Azərbaycan dilinə dövlət səviyyəsində qayğı göstərildiyini qeyd edib, bu istiqamətdə atılan addımlardan bəhs ediblər.

Natiqlər “Azərbaycan dilini öyrənirik” kitabını tədris vasitəsi kimi yüksək qiymətləndirib, uşaqların doğma dilimizdə düşünüb-danışmağı sadə və anlaşılan şəkildə öyrənməsi üçün faydalı olacağına və bu cür layihələrin davamlı xarakter alacağına inamlarını ifadə ediblər.

Tədbir zamanı, həmçinin bədii hissə nümayiş etdirilib, kitaba daxil edilən şeirlərdən bir neçəsi QR kod vasitəsilə səsləndirilib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.