• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan Dünya İqtisadi Forumunun “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

Yanvar 26, 2026
A A

Davos İqtisadi Forumunun (DİF) illik toplantısı çərçivəsində DİF-in “Sənaye Klasterlərinə Keçid” qlobal təşəbbüsünə qoşulma Azərbaycanda sənayenin karbonsuzlaşmasına, ölkəmizin rəqəmsal transformasiyasına və dayanıqlı inkişafına təkan verəcək.

Globalart.az Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, İqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması, sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və innovasiya əsaslı inkişafın təşviqi məqsədilə qəbul edilən “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” çərçivəsində işlər davam etdirilir.

Strategiyanın əsas prioritetlərinə uyğun olaraq sənaye klasterlərinin formalaşdırılması, beynəlxalq təşəbbüslərə inteqrasiya və yaşıl iqtisadiyyatın inkişafı istiqamətlərinə uyğun olaraq, Azərbaycanın DİF-in “Sənaye Klasterlərinə Keçid” qlobal təşəbbüsünə qoşulmasına dair Niyyət Məktubu imzalanıb.

Sənəd Prezident İlham Əliyevin Davos İqtisadi Forumunun (DİF) illik toplantısında iştirakı çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Anar Axundov və SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən imzalanıb.

Bu tərəfdaşlıq ölkəmizdə sənaye klasterlərinin yaradılmasına, biznes fəaliyyətinin səmərəli istehsal modellərinə adaptasiyasına, qabaqcıl rəqəmsal texnologiyaların istifadəsinə və karbon emissiyalarının azaldılmasına təkan verəcək.

Bu çərçivədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “SOCAR Polymer” və “SOCAR Karbamid” müəssisələri arasında əməkdaşlıq çərçivəsində Sumqayıt Sənaye Parkında formalaşdırılan “NextGen” sənaye klasteri istehsal xərclərinin optimallaşdırılması, rəqabətqabiliyyətli məhsul istehsalı və ixrac potensialının yüksəldilməsini hədəfləyir.

DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü eyni bölgədə yerləşən və dəyər zənciri baxımından bir-biri ilə bağlı olan sənaye müəssisələrinin karbonsuzlaşma, rəqəmsal transformasiya və dayanıqlı inkişaf məqsədilə koordinasiyalı fəaliyyətini nəzərdə tutan müasir sənaye modelidir. Hazırda təşəbbüs müxtəlif ölkələrdən onlarla sənaye klasterini əhatə edən qlobal əməkdaşlıq şəbəkəsi kimi fəaliyyət göstərir və yaşıl transformasiya sahəsində qabaqcıl təcrübələrin mübadiləsi üçün mühüm platforma rolunu oynayır.

Dünya İqtisadi Forumu tərəfindən 2021-ci ildən həyata keçirilən bu təşəbbüsə indiyədək 19 ölkədən 39 sənaye klasteri qoşulub. Azərbaycan bu təşəbbüsə qoşulan 20-ci ölkədir. Təşəbbüsə qoşulmuş klasterlər 877 milyon ton karbon dioksid ekvivalentinin azaldılmasına imkan yaradır, 508 milyard ABŞ dolları həcmində qlobal ÜDM-ə töhfə verir və 4,6 milyon iş yerini dəstəkləyir. Bu göstəricilər təşəbbüsün qlobal enerji keçidi və sənaye transformasiyasında strateji rolunu nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycanın DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulması İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) koordinasiyası ilə həyata keçirilir.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.