Azərbaycan gəncləri “Indus AI Summit 2026” layihəsində
A
A
Azərbaycan gəncləri Pakistanın İslamabad şəhərində keçirilən “Indus AI Summit 2026” layihəsində iştirak ediblər. Açılış mərasimində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifi çıxış edib. Daha sonra ölkənin süni intellekt strategiyası barədə məlumat verilib və tədbir panel müzakirələrlə davam edib.
Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Sammit Pakistan İslam Respublikası İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi tərəfindən Baş nazirin Gənclər Proqramı (PMYP) ilə birgə təşkil olunub. Nümayəndə heyətində nazirliyin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova, 2026-cı il üzrə Gənclər üçün Prezident mükafatı laureatı Sərxan Ağadadaşov, Milli Süni İntellekt Mərkəzinin nümayəndələri Rauf İbişov və Turan Abbaslı, həmçinin Emil “Süni İntellekt platforması” layihəsinin yaradıcı direktoru Emil Abdullayev yer alıblar.
9-15 fevral tarixlərində İslamabadın müxtəlif məkanlarında keçirilən Sammit çərçivəsində konfranslar, texnologiya sərgiləri, təlimlər və innovasiyaya əsaslanan tədbirlər vasitəsilə 100 mindən çox iştirakçı cəlb edilib.
Globalart.az