• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan Gimnastika Federasiyasının Ümumi Yığıncağı keçirilib

Fevral 17, 2026
A A

Fevralın 16-da Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli 16-cı Ümumi Yığıncağı keçirilib.

Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov 2021–2025-ci illər ərzində federasiyanın fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə video-hesabatla çıxış edib. O bildirib ki, son beş ildə Azərbaycan gimnastikası dinamik inkişaf edib və gimnastlarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil ediblər.

AGF-nin maliyyə direktoru Viktoriya Abuşova isə 2021–2025-ci illər üzrə maliyyə hesabatını təqdim edib. Ümumi yığıncaqda federasiyanın Nizamnaməsinə müvafiq dəyişikliklər edilib və yeni redaksiyada təsdiqlənib. Federasiyanın Nəzarət-Təftiş və İntizam Komissiyalarının strukturunda dəyişikliklər aparılıb, Atletlər və Apellyasiya Komissiyalarının formalaşdırılması Nizamnamədə öz əksini tapıb.

Daha sonra İcra Komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Mehriban xanım Əliyeva növbəti beş il müddətinə yenidən AGF-nin prezidenti (İcra Komitəsinin sədri) seçilib. Altay Həsənov federasiyanın vitse-prezidenti (İcra Komitəsinin sədr müavini), Rauf Əliyev, Rafiq Beybutov və Vəfa Bəkərova isə növbəti beş il müddətinə İcra Komitəsinin üzvləri kimi təsdiq ediliblər.

İclasda “İntizam Qaydaları”, “Etika Qaydaları”, habelə “Gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması Qaydaları” müzakirə olunaraq qəbul edilib. Belə ki, Mahir Rəfiyev, Elşad Nərimanov və Ruslan Mirzəzadə Nəzarət-Təftiş Komissiyasının üzvləri; Nazim Rəcəbov, Aytac Qasımova, Elmar Cəlilov, Namiq Əliyev və Jalə Əhmədova İntizam Komissiyasının üzvləri; Xaqani Məmmədov, Elçin Usub və Rəşad Axundov isə Apellyasiya Komissiyasının üzvləri seçiliblər.

Sonda 2025-ci ildə mötəbər yarışlarda yüksək nəticələr əldə etmiş idmançılar xatirə medalları ilə təltif olunublar.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.