• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan ilə BƏT arasında vacib sənəd imzalanıb

Noyabr 25, 2025
A A

Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın imzalanması tədbiri olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev yeni Ölkə Proqramının Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in məqsədlərindən, habelə BƏT-in layiqli əməyin təşviqi konsepsiyasından irəli gəldiyini bildirib. O, layiqli əmək konsepsiyasının işçilərin əmək hüququ, məşğulluq, sosial müdafiə və sosial dialoq kimi komponentlərə əsaslandığını qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Globalart.az-a verilən məlumata görə, tədbirdə ölkə vətəndaşlarının həmin prinsiplərə tam cavab verən hüquqlarının Azərbaycan Respublikası Konstitusiyasının müddəalarında, habelə ölkəmiz tərəfindən BƏT-in ratifikasiya edilmiş 59 konvensiyası və 1 protokolunda, milli əmək və sosial müdafiə sahəsində qanunvericilikdə dolğun şəkildə təsbit olunduğu bildirilib.

Ötən dövrdə BƏT-lə əməkdaşlıqda Layiqli Əmək üzrə iki Ölkə Proqramının uğurla icra olunduğu, ölkəmizdə Təşkilatın layiqli əməyin təminatına dair prinsiplərinə uyğun məqsədyönlü işlərin aparıldığı vurğulanıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək, Azərbaycanda layiqli əməyin təmin edilməsi məqsədilə sosial tərəfdaşlar arasında həyata keçirilən birgə və səmərəli fəaliyyəti qeyd ediblər. Onlar BƏT və Azərbaycanda üçtərəflilik prinsipi əsasında fəaliyyət göstərən sosial tərəfdaşlar tərəfindən hazırlanmış “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın əhəmiyyətini vurğulayıblar.

BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Mixail Puşkin yeni Ölkə Proqramının ölkəmizin BƏT-lə səmərəli əməkdaşlığının uğurlu davamı olduğunu bildirib.

Daha sonra Anar Əliyev, Sahib Məmmədov, Məmməd Musayev və Mixail Puşkin tərəfindən Ölkə Proqramı imzalanıb. Proqramın əsas məqsədi ölkəmizdə məşğulluğun artırılması, sosial müdafiə, əməyin mühafizəsi, əmək sahəsində beynəlxalq əmək normalarının tətbiqi, sosial dialoq kimi sahələrdə səylərin artırılması yolu ilə layiqli əməyin təminatı üzrə sosial-əmək münasibətlərinin daha da inkişaf etdirilməsidir. Bundan əlavə, sənəd Azərbaycanla BƏT arasında səmərəli əməkdaşlığın uğurlu davam etdirilməsi və genişləndirilməsi imkanlarını daha da artıracaq.

Tədbirdən sonra Anar Əliyev və Mixail Puşkin arasında keçirilən görüşdə Azərbaycanla BƏT arasında fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Ölkəmiz tərəfindən hazırda Təşkilatın “Əməyin mühafizəsi və sağlamlığının təşviqi çərçivəsi haqqında” Konvensiyasının da ratifikasiya prosesinin yekunlaşmaqda olduğu qeyd edilib.

Yeni imzalanmış “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” üzrə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.