• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişlənir

Fevral 17, 2026
A A

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişikliyi və Ətraf Mühit naziri Əmna bint Abdullah əl Dahak əl Şamsi arasında görüş keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşdə Azərbaycan və BƏƏ arasında tarixi mərhələyə daxil olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Bildirilib ki, Qoşqar Təhməzli BƏƏ-nin qlobal iqlim və ətraf mühit təşəbbüslərində, xüsusilə qida təhlükəsizliyinin gücləndirilməsi istiqamətində fəal iştirakını yüksək qiymətləndirib. Bildirilib ki, son illərdə iki ölkə arasında xüsusilə idxal-ixrac sahəsində səmərəli əməkdaşlıq dinamik şəkildə genişlənir.

Xanım əl Şamsi öz növbəsində AQTA ilə BƏƏ-nin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu layihəsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Qeyd olunub ki, sənəd yoluxucu heyvan xəstəliklərinin yayılmasının qarşısının alınması və məhdudlaşdırılması üzrə səylərin dəstəklənməsini, heyvan sağlamlığı və ictimai sağlamlığın qorunması, sağlamlıq və baytarlıq sertifikatlarının nümunələrinin mübadiləsi daxil olmaqla, qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsini hədəfləyir.

Görüş zamanı qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti altında olan ixracyönümlü məhsulların BƏƏ bazarına çıxışının genişləndirilməsi, həmçinin diri heyvanların ixracı üçün baytarlıq sertifikatlarının razılaşdırılması məsələləri ətraflı müzakirə edilib. Eyni zamanda, bitki və heyvan sağlamlığı sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi və laboratoriya sahəsində əməkdaşlığın dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Yekunda tərəflər görüşün aqrar və qida təhlükəsizliyi istiqamətində əməkdaşlığın yeni mərhələyə keçidinə töhfə verəcəyini bildiriblər.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.