• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan ilə İraq arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub

Yanvar 15, 2026
A A

Azərbaycanın İraqdakı səfiri Eldar Səlimov etimadnaməsinin surətini bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynə təqdim edib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, iraqlı nazir səfir Eldar Səlimova gələcək fəaliyyətində uğurlar arzu edib. Fuad Hüseyn Azərbaycan ilə tarixən formalaşmış güclü münasibətlərin müxtəlif sahələrdə daha da möhkəmlənməsində maraqlı olduqlarını vurğulayıb. O, indiyədək müxtəlif beynəlxalq tədbirlər çərçivəsində dost Azərbaycanda 4 dəfə səfərdə olduğunu bildirib. İraqlı nazir iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafında maraqlı olduqlarını, bu baxımdan 2025-ci ildən etibarən Bağdad-Bakı istiqamətində AZAL və İraq hava yolları şirkətlərinin həyata keçirdiyi reyslərin əhəmiyyətini vurğulayıb.

Səfir E.Səlimov iki ölkə arasında tarixən təşəkkül tapmış əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, 2025-ci il mayın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İraqa rəsmi səfərinin, aprelin 20-də Bağdadda Azərbaycan və İraq Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikinci iclasının və dekabr 3-4-də Bakıda keçirilmiş Hökumətlərarası birgə komissiyanın 4-cü iclasının vacibliyini vurğulayıb. Səfir Bakı ilə Bağdad arasında yüksəksəviyyəli əlaqələrin və qarşılıqlı faydalı dialoqun davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında gündəlikdə yer alan digər ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.