• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan klassik musiqisinin Avropada səsləndirilməsi imkanları müzakirə olunub

Fevral 24, 2026
A A

Mədəniyyət nazirinin müavini Murad Hüseynov Avstriyaya səfəri çərçivəsində Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımovanın iştirakı ilə Vyana Kamera Orkestrinin icraçı direktoru, Avstriyanın aparıcı beynəlxalq “Buchmann GmbH” incəsənət agentliyinin rəhbəri Xristian Buxman arasında görüş keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşdə klassik musiqi sahəsində qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan bəstəkarlarının əsərlərinin Avropada səsləndirilməsi, eləcə də hər iki ölkədən musiqiçilərin müvafiq olaraq digər ölkədə layihələrdə iştirakından bəhs olunub.

Beynəlxalq müsabiqələr laureatı, Xalq artisti Murad Hüseynov həm mədəniyyət sahəsində idarəetmə ilə bağlı, həm də peşəkar musiqiçi kimi öz fikirlərini bölüşüb, görkəmli musiqi xadimlərinin əsərləri və yaradıcılığının təbliği istiqamətində maraq doğuran layihələri qeyd edib.

Avstriyada və dünyanın müxtəlif ölkələrində hər il yüzdən artıq konsertlə çıxış edən orkestrin rəhbəri Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə həyata keçirilən uğurlu layihələri qeyd edib və gələcəkdə də Azərbaycan mövzusunda layihələrdə iştirakda maraqlı olduqlarını ifadə edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan“ operettasının ötən il Vyanada alman dilində müasir quruluşda təqdimatı barədə məlumat verib. Tərəflər layihənin almandilli məkanda yenidən səhnəyə qoyulması barədə fikir mübadiləsi aparıblar.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.