• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan markaları Dubayda beynəlxalq filateliya sərgisində nümayiş etdirilib

Fevral 25, 2026
A A

2026-cı il üzrə 21-ci Ümumdünya Poçt İttifaqının (ÜPİ) Təsnifat Müsabiqəsi çərçivəsində müxtəlif ölkələrə məxsus müasir poçt markalarının beynəlxalq nümayişinə start verilib. Müsabiqə formatı sərgi üzərində qurulub: ÜPİ-yə üzv ölkələrin son illərdə dövriyyəyə buraxdıqları poçt markaları beynəlxalq filateliya sərgilərində təqdim olunur, sərgiyə gələn ziyarətçilər isə bəyəndikləri ölkə stendinə QR kod vasitəsilə səs verirlər.

Globalart.az “Report.az”a istinadən xəbər verir ki, bu çərçivədə ilk nümayiş Dubay şəhərində keçirilən “DUBAI 2026” beynəlxalq filateliya sərgisində baş tutub.

Sərgidə ölkəmizi “AZCON Holding” şirkətlərindən olan “Azərpoçt” MMC tərəfindən dövriyyəyə buraxılmış müasir poçt markaları təmsil edib.

Azərbaycan stendində Xəzər Dəniz Gəmiçiliyinin 165 illiyi, Ucal Haqverdiyevin 65 illiyi, Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunmuş markalar, eləcə də ölkənin tarixi və milli kimliyini əks etdirən digər buraxılışlar nümayiş etdirilib.

Sərgi çərçivəsində ÜPİ-yə üzv ölkələr və tərəfdaş qurumlar arasında işgüzar görüşlər də keçirilib. Görüşlərdə “Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri, eyni zamanda Ümumdünya Filateliya İnkişaf Assosiasiyasının (WADP) sədri olan Sitarə Hüseynova iştirak edib. Görüşlər zamanı beynəlxalq filateliya əməkdaşlığının genişləndirilməsi, müasir poçt markalarının təşviqi və tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 21-ci ÜPİ Təsnifat Müsabiqəsi çərçivəsində təqdim olunan poçt markaları 2026-cı il ərzində ABŞ, Çin, Böyük Britaniya və Monakoda keçiriləcək nüfuzlu beynəlxalq filateliya sərgilərində də nümayiş olunacaq.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.