• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin açılışı olub

Oktyabr 15, 2025
A A

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən Türkmənistan Mədəniyyəti Günləri davam edir.

Globalart.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki,Oktyabrın 14-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin açılış mərasimi keçirilib.Milli Kitabxananın direktoru Kərim Tahirov açılış nitqində kitabxanada “Türkmənistan ədəbiyyatı guşəsi”nin yaradılmasını əlamətdar hadisə kimi dəyərləndirib, iki ölkə arasında ədəbi əlaqələrin inkişafına töhfə verəcəyini deyib.
Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov son illərdə iki ölkə arasında mədəni əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Ölkəmizdə keçirilən Türkmənistan Mədəniyyəti Günlərinin bu mənada böyük əhəmiyyət daşıdığı qeyd olunub.
Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov Azərbaycanda türkmən ədəbiyyatına və mədəniyyətinə olan geniş maraq və diqqətdən məmnunluğunu bildirib. O, Milli Kitabxanada “Türkmənistan ədəbiyyatı guşəsi”nin yaradılmasına görə kitabxananın rəhbərliyinə təşəkkür edib. Nazir müavini həmçinin guşənin yeni nəşrlərlə davamlı zənginləşdirilməsi üçün addımlar atılacağını deyib.
AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Azərbaycanda Türkmənistan ədəbiyyatı ilə bağlı aparılan araşdırmalardan söz açıb, Ədəbiyyat İnstitutunda görkəmli türkmən şairi və mütəfəkkiri Məxtimqulu Fəraqi adına mərkəzin fəaliyyət göstərdiyini bildirib.
Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Qurban Elyasov ədəbiyyat və mədəniyyəti xalqlarımız arasında etibarlı körpü kimi səciyyələndirib. Diplomat yaxın gələcəkdə Türkmənistan Milli Kitabxanasında da “Azərbaycan ədəbiyyatı guşəsi”nin yaradılmasının vacibliyini vurğulayıb.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev, qardaş ölkənin tanınmış şair və tərcüməçiləri – Türkmənistan Mədəniyyət Nazirliyinin əməkdaşı Akmurat Rəcəbov, “Türkmənistan” qəzetinin xüsusi müxbiri İsmayıl Taqanov, “Nəsil” qəzetinin məsul katibi Orazmurat Muradov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məxtimqulu Fəraqi adına türkmən ədəbiyyatı mərkəzi”nin rəhbəri filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı və başqaları çıxış ediblər.
Çıxışlarda iki ölkə arasında ədəbi əlaqələrin daha da genişləndirilməsi üçün bədii əsərlərin qarşılıqlı olaraq qardaş xalqların dillərinə uyğunlaşdırılması və nəşri ilə bağlı görülmüş işlərdən danışılıb, fikir mübadiləsi aparılıb.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.