• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” adlı birinci elmi-praktik konfrans keçirilib

Oktyabr 31, 2025
A A

Oktyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” mövzusunda birinci elmi-praktik konfrans keçirilib. Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunan tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Globalart.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, konfrans Azərbaycanın qədim dövrlərdən bugünədək formalaşmış silahşünaslıq tarixinin elmi əsaslarla öyrənilməsini genişləndirmək, yerli və xarici muzeylərdə, eləcə də şəxsi kolleksiyalarda qorunan Azərbaycana aid silah nümunələri haqqında məlumat mübadiləsini təmin etmək, bu sahədə yeni tədqiqat istiqamətlərini müəyyənləşdirmək məqsədilə keçirilib.

Tədbiri muzeyin direktoru Əminə Məlikova açaraq konfransın Azərbaycan elmi üçün əlamətdar hadisə olduğunu, ölkəmizdə Azərbaycan silahlarına həsr edilmiş elmi-praktik konfransın ilk dəfə keçirildiyini bildirib. Muzey direktorunun sözlərinə görə, xalqımızın zəngin silahqayırma ənənələri minilliklər boyu formalaşsa da, bu sahə müxtəlif səbəblərdən tədqiqatçıların diqqətindən kənarda qalıb: “Azərbaycan Milli Xalça Muzeyi bu sahəyə kompleks yanaşaraq, bugünkü konfransın keçirilməsi ilə yanaşı, muzeyin silah kolleksiyasına həsr olunmuş “Polad naxışlar. Azərbaycan Milli Xalça Muzeyinin silah kolleksiyası” adlı kataloqu hazırlayıb. Tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun müəllifi olduğu kataloqda muzeyin silah kolleksiyasının tarixi, hər bir eksponatın izahı və yüksək keyfiyyətli fotoları yer alır”. Sonda Əminə xanım konfransın işinə uğurlar arzulayıb.

Konfrans çərçivəsində “Azərbaycanın silahşünaslığına dair yeni tədqiqatlar”, “Tarixi silahların mühafizəsi, bərpası və nümayişi problemləri”, “Tarixi silahların incəsənətdə yeri və rolu”, “Tarixi silahlar Azərbaycan bədii sənətkarlığının tərkib hissəsi kimi: ənənənin bərpası” mövzularında akademik sessiyalar təşkil olunub.

Tədbirdə ölkənin müxtəlif elmi-tədqiqat institutlarının, muzeylərin və ali təhsil müəssisələrinin nümayəndələri, həmçinin müstəqil tədqiqatçılar iştirak ediblər. Mütəxəssislər arasında aparılan fikir və təcrübə mübadiləsi nəticəsində gələcəkdə ortaq elmi layihələrin reallaşdırılması və Azərbaycanın silahşünaslıq irsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Konfrans iştirakçıları bu tədbirin milli-mədəni irsimizin mühüm tərkib hissəsi olan silahşünaslıq sahəsində aparılan tədqiqatların daha sistemli və davamlı şəkildə inkişafına töhfə verəcəyinə əminlik ifadə ediblər.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.