• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan–Monteneqro əlaqələri

Dekabr 22, 2025
A A

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb.

Fortunamag.az xəbər verir ki, nazirlər Azərbaycan–Monteneqro münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini müzakirə ediblər. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr, eləcə də beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyət diqqət mərkəzində olub.

Monteneqro Prezidenti Yakov Milatoviçin səfəri də daxil olmaqla, yüksəksəviyyəli qarşılıqlı səfərlərin ikitərəfli siyasi dialoqun davamlılığının təmin edilməsində mühüm rol oynadığı vurğulanıb.

Tərəflər ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Bu baxımdan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın imkanlarından səmərəli istifadənin əhəmiyyəti xüsusi vurğulanıb.

Humanitar əməkdaşlıq, o cümlədən turizm, mədəniyyət və təhsil sahələrində əlaqələr ikitərəfli münasibətlərin ayrılmaz hissəsi kimi dəyərləndirilib və bu istiqamətlərdə mübadilələrin genişləndirilməsi alqışlanıb.

Nazirlər, həmçinin BMT, ATƏT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığı müzakirə edərək, qarşılıqlı etimada əsaslanan əməkdaşlığa sadiqliklərini bir daha təsdiqləyiblər.

Görüş zamanı regional məsələlərə də toxunulub.

Nazir Ceyhun Bayramov həmkarını Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və dayanıqlı sülhün təmin olunması istiqamətində görülən işlər barədə məlumatlandırıb.

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.