• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan Rabatda uğurla təmsil olunub

Dekabr 1, 2025
A A

Azərbaycan Rabatda 2025-ci il Diplomatlar Həmrəylik Xeyriyyə Bazarında uğurla təmsil olunub

Globalart.az xəbər verir ki, Mərakeş Krallığının Milli Kitabxanasında Diplomatik Klubun təşkilatçılığı ilə keçirilən 2025-ci il Beynəlxalq Həmrəylik Xeyriyyə Bazarı çərçivəsində Azərbaycanın Mərakeşdəki səfirliyi üçüncü dəfə ardıcıl olaraq iştirak edib və uğurlu təmsilçiliyi ilə seçilib.

Tədbirin rəsmi açılışı Mərakeş Kral ailəsinin üzvü, Şahzadə Lalla Məryəmin iştirakı ilə baş tutub. Şahzadə müxtəlif ölkələrin pavilyonlarını ziyarət edərək sərgilənən məhsullar, mədəniyyət nümunələri və xeyriyyə məqsədilə görülən işlərlə tanış olub.

Azərbaycan pavilyonu ziyarətçilərə milli mətbəximizin nümunələrini, ənənəvi əl işlərini, sənətkarlıq məhsullarını və ölkəmizin zəngin mədəni irsini əks etdirən suvenirləri təqdim edib. Təqdim olunan eksponatların rəngarəngliyi və yüksək səviyyədə təşkili pavilyonu tədbirin ən çox ziyarət edilən guşələrindən birinə çevirib.

2025-ci il Həmrəylik Bazarı Afrika, Avropa, Asiya, Amerika və Yaxın Şərqdən 40-dan çox ölkə və beynəlxalq təşkilatın iştirakı ilə keçirilib. Tədbirdə milli mədəniyyətlər, ənənəvi sənətkarlıq nümunələri, incəsənət işləri və milli mətbəxlərin təqdimatı üçün geniş imkan yaradılıb.

Bazardakı satışlardan əldə edilən bütün gəlir Mərakeşdə fəaliyyət göstərən və təhsil, səhiyyə, sosial rifah, xüsusən də kənd yerlərində qadınların vəziyyətinin yaxşılaşdırılması sahələrində çalışan qeyri-hökumət təşkilatlarına yönəldiləcək. Bu, səfirliklərin humanitar təşəbbüslərə verdiyi dəstəyi və diplomatik həmrəyliyin praktiki təzahürünü əks etdirir.

Azərbaycanın bu tədbirdə iştirakının əsas məqsədi ölkəmizin mədəni irsinin təşviqi, xalqlar arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, həmçinin diplomatik dialoqa və humanitar təşəbbüslərə töhfə verməkdir.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.