• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında konsulluq məsləhətləşmələri keçirilib

Fevral 12, 2026
A A

11 fevral 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib.

Globalart.az Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Macarıstan nümayəndə heyətinə isə Xarici İşlər və Ticarət Nazirliyinin Konsulluq və Vətəndaşlıq idarəsinin direktoru Balaş Farkas rəhbərlik edib.

Görüşdə, həmçinin, Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamas Torma, o cümlədən, Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Xidmətinin, Elm və Təhsil Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin rəsmiləri iştirak edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm strateji tərəfdaş və yüksək əlaqələrin mövcud olduğu Macarıstanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.

Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparan tərəflər arasında o cümlədən, hüquqi yardım, təhsil, miqrasiya, əmək və digər sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində təkliflər müzakirə olunub.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.