• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan şirkətləri Moskvada “Prodexpo-2026” sərgisində təmsil olunur

Fevral 13, 2026
A A

“Prodexpo-2026” beynəlxalq ərzaq məhsulları sərgisi çərçivəsində Azərbaycan və Rusiya istehsalçıları arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, səfirliyin nümayəndələri iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra görüşlər keçiriblər. “Qrand-Treyd” ASC-nin GR-direktoru Dmitri Proxorenko ilə də görüş reallaşıb. Onun rəhbərlik etdiyi şirkət müxtəlif ölkələrdən Rusiyaya ərzaq və qeyri-ərzaq məhsullarının aparıcı təchizatçılarından biridir. Tərəflər “Qrand-Treyd” ASC ilə ərzaq və içkilərin istehsalı və satışı üzrə ixtisaslaşmış Azərbaycan şirkətləri arasında uğurlu qarşılıqlı fəaliyyətdən məmnunluqlarını ifadə ediblər.

“Biz Azərbaycanla fəal işləyirik, orada çoxlu əlaqələrimiz var”, – deyə şirkətin nümayəndələri bildiriblər.

Söhbət zamanı vurğulanıb ki, ötən ilin yekunlarına görə, Rusiya Azərbaycanın qeyri-neft məhsullarının ən böyük alıcısı mövqeyini qoruyub saxlayıb. Belə ki, tədarük həcmi 1,174 milyard ABŞ dolları təşkil edib. Bu kontekstdə D.Proxorenko qeyd edib ki, ötən il “Qrand-Treyd” ASC Rusiya bazarında sonrakı distribusiya üçün Azərbaycandan 92 milyon ABŞ dolları məbləğində kənd təsərrüfatı məhsulları idxal edib.

Həmsöhbətlər, həmçinin ikitərəfli ticarət əlaqələrinin və Azərbaycan ərzaq məhsullarının geniş çeşidinin tədarükünün təkcə Rusiyaya deyil, həm də “Qrand-Treyd” ASC-nin ticarət fəaliyyəti apardığı Çin, Vyetnam və BƏƏ daxil olmaqla digər iri ölkələrə artırılması potensialını nəzərdən keçiriblər. Tərəflər Azərbaycanla Rusiya arasında iqtisadi-ticari sahədə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi imkanlarının öyrənilməsi məqsədilə şirkət nümayəndələrinin Azərbaycana səfərinin təşkil edilməsi barədə razılığa gəliblər.

Daha sonra səfirliyin nümayəndələri “Prodexpo-2026” sərgisində təmsil olunan Azərbaycan şirkətlərinin stendləri ilə tanış olublar. Onların sırasında “Azersun Holding”, “Shirvan Wines”, “Absheron Olive Garden”, “Olivea”, “Avrora”, “ENNA” və “Mors Trading” yer alıb.

“Prodexpo” Rusiyada hər il yeni ticarət nişanlarının, brendlərin və innovativ məhsulların təqdim olunduğu ən böyük ərzaq sərgisidir. Bu il sərgidə dünyanın 37 ölkəsindən təxminən 2 min iştirakçı öz məhsullarını nümayiş etdirir.

Sərgi fevralın 12-dək davam edəcək.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.