• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan tarixinin ən qürurverici səhifələrindən birinə həsr olunmuş nəşr

Yanvar 21, 2026
A A

Bu gün bp “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt” adlı yeni bir kitabı ictimaiyyətə təqdim edib. bp-nin maliyyəsi ilə nəşr olunmuş kitabın əsas məqsədi geniş oxucu ictimaiyyətinin Azərbaycanın ilk demokratik dövlətinin tarixinə marağını və həmin dövr barədə məlumatlılığını artırmaqdır.

Globalart.az “BP”yə istinadən xəbər verir ki, yeni nəşrdə Şərqdə ilk demokratik parlament respublikası olan və sovet Rusiyası tərəfindən devrilənə qədər cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) haqqında diqqətlə seçilmiş və geniş ictimaiyyətə az məlum olan 100 fakt toplanıb.

Kitab oxuculara AXC haqqında qısa, maraqlı və etibarlı mənbələrə əsaslanmış tarixi məlumatlar təqdim edir. Hər bir fakt AXC-nin parlament iclaslarının stenoqramları və hökumət qərarları da daxil olmaqla, sənədlərin əslinə əsaslanır ki, bu da məlumatların dəqiqliyini və həqiqiliyini təmin edir.

Nəşrdə “İstiqlal Bəyannaməsini kim qələmə alıb?”, “Milli Şura niyə ilk Azərbaycan parlamenti sayılmalıdır?”, “Azərbaycanın dövlət himni ilk dəfə nə vaxt səslənib?”, “Azərbaycanın Dövlət Gerbini kim yaradıb?”, “Kimlər İrəvanın verilməsinə etiraz etmişdilər?” kimi mühüm suallar, eləcə də bir çox digər mövzulara aid çox maraqlı məlumatlar var.Kitaba həmçinin 25 orijinal illüstrasiya da daxil edilib, bu da nəşri vizual baxımdan cəlbedici edir və məktəblilər, tələbələr, eləcə də Azərbaycan tarixi ilə maraqlanan hər kəs üçün əlçatan edir.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli:

“Azərbaycan tarixinin ən mühüm səhifələrindən birinə işıq salan bu mühüm layihəni dəstəkləməkdən həqiqətən qürur duyuruq. Təqdim etdiyimiz yeni kitab faktları qısa və maraqlı bir formada təqdim etməklə tarix haddında bilgiləri cəmiyyətin hər bir üzvü üçün əlçatan edir və Azərbaycan Xalq Cümhuriyyətinin irsinin uzun illər ərzində qorunub yaşamasına töhfə verir.”

272 səhifəlik bu nəşr xüsusilə uzun mətnlərə diqqətin azaldığı indiki dövrdə müasir oxucuların marağını cəlb edəcək şəkildə hazırlanıb. Kitab AXC-nin mövcud olduğu qısa dövr ərzində qəbul etdiyi mühüm qərarlar və həyata keçirdiyi əsas fəaliyyətləri əhatə etməklə oxuculara qısa bir tarixi səyahət təqdim edir.

Kitabın müəllifi tarix mövzusunda podkastların müəllifi kimi tanınan və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən “Fərdi jurnalist müsabiqəsi”nin dördqat qalibi olan Ayaz İlyasovdur.

Layihənin ümumi dəyəri 25995 AZN (15291 ABŞ dolları) təşkil edib.

Layihə “Altun Kitab” MMC tərəfindən icra olunub.

Globalart.az

 

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.