• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb

Dekabr 18, 2025
A A

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyindən Globalart.az-a verilən məlumata görə, qardaş ölkənin nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, əklil və gül dəstələri qoyaraq ehtiram nümayiş etdirib.

Səfər çərçivəsində, həmçinin Zəfər parkı ziyarət olunub, Zəfər abidəsinin önünə əklil qoyulub.

Sonra Müdafiə Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib.

General-polkovnik Z.Həsənov Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib, hərbi əməkdaşlığımızın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin vacibliyini qeyd edib. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.

Ordu generalı L.Ergün isə öz növbəsində 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası ilə bağlı keçiriləcək görüşlərin Bakıda təşkilinə görə general-polkovnik Z.Həsənova təşəkkürünü bildirib, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını diqqətə çatdırıb.

Görüşdə hər iki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yeni perspektivləri, həmçinin regional təhlükəsizlik və maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.