• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan Türkiyə holdinqi ilə aqrar sektora sərmayə cəlb olunmasını müzakirə edib

Fevral 4, 2026
A A

Kənd Təsərrüfatı Nazirliyi və Türkiyənin “Alagöz Holdinq” Şirkətlər Qrupu arasında bitkiçilik və heyvandarlıq sahələrinə sərmayələrin cəlb olunması, bu istiqamətlərdə fəaliyyət göstərən iş adamları arasında əlaqələrin gücləndirilməsi barədə razılıq əldə ediblər.

Globalart.az “Report.az”a istinadən xəbər verir ki, bu razılıq nazir Məcnun Məmmədovun Azərbaycanda səfərdə olan Türkiyənin Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Cantürk Alağözün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə əldə edilib.

M. Məmmədov bildirib ki, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə olduğu kimi aqrar sahədə də uğurla inkişaf edir. Hər iki dövlət aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər istiqamətlər üzrə sıx və səmərəli əməkdaşlıq edir.

Türkiyəli iş adamlarının Azərbaycanın kənd təsərrüfatı sektoruna investisiya qoyuluşu prosesində aktiv iştirak etdiyini xatırladan nazir qeyd edib ki, iki ölkə arasında aqrar sahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur.

C. Alağöz ölkəmizdə kənd təsərrüfatının inkişafının dövlət tərəfindən dəstəkləndiyini, bu amilin aqrar sektora investisiya qoyuluşu prosesini daha cəlbedici etdiyini vurğulayıb. Rəhbərlik etdiyi şirkətin Azərbaycanda aqrar sektorla sıx əməkdaşlıq etdiyini bildirən C. Alağöz ölkəmizin kənd təsərrüfatına sərmayə qoyuluşunda maraqlı olduqlarını qeyd edib.

Görüşdə iki ölkə arasında aqrar sahədə gələcək əməkdaşlıq perspektivləri, eləcə də aqrar sahəyə dövlətin dəstək mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.