• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan və Avstriya arasında musiqi təhsili sahəsində əməkdaşlıq müzakirə edilib

Fevral 24, 2026
A A

Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov ilə İnnsbruk Şəhər Musiqi Məktəbinin direktoru Volfram Rosenberqer arasında musiqi təhsili sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinə həsr olunmuş görüş keçirilib. Görüşdə, həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova da iştirak edib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüş zamanı uşaq və yeniyetmələr üçün musiqi təhsilinin təşkili, peşəkar kadrların hazırlanması, şagirdlərin bilik və bacarıqlarının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan və Avstriya tərəfləri məktəb səviyyəsində beynəlxalq və yerli müsabiqələrin təşkili, yay və qış musiqi kursları, seminar və vorkşoplar, elmi konfranslar və təcrübə mübadiləsi kimi bir sıra təşəbbüslərin reallaşdırılması barədə səmərəli müzakirələr aparıblar.

Nazir müavini Murad Hüseynov gənclərin dünyagörüşünün formalaşdırılmasında musiqi təhsilinin rolunu qeyd edib və musiqi məktəblərinin Azərbaycanda böyük ənənələrə malik olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bu sahədə beynəlxalq təcrübə ilə tanışlıq və fikir mübadiləsi tədrisin aktuallığı və keyfiyyəti baxımında mühüm əhəmiyyətə malikdir.

V.Rozenberqer rəhbərlik etdiyi məktəb barədə məlumat verib və bildirib ki, İnnsbruk Şəhər Musiqi Məktəbi Avstriyada ən böyük musiqi məktəbidir və şagirdlərin sayı 4700 nəfərdən çoxdur. Məktəb müxtəlif musiqi alətləri üzrə tədris proqramları, simfonik orkestr, caz və rok ansamblları kimi dərnəkləri ilə musiqi təhsilinin geniş spektrini əhatə edən mədəni təhsil müəssisəsidir. Məktəbin proqramlarına klavişli, simli, nəfəs və ritm alətləri, xalq çalğı alətləri, vokal dərsləri və ansambl işi daxildir və bu istiqamətlər üzrə təhsil imkanı məktəbin musiqi mədəniyyətinə aktiv daxil olmasını təmin edir.

Görüş iştirakçıları uşaqların musiqi bacarıqlarının daha da inkişaf etdirilməsi, məktəb idarəçilik keyfiyyətinin artırılması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.