• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan və BƏƏ HHQ komandanları görüşüb

Oktyabr 10, 2025
A A

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanı general-mayor Rəşid Məhəmməd Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Globalart.az Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.
Zəfər parkına gələn BƏƏ nümayəndə heyəti Zəfər abidəsinin önünə əklil qoyub.
HHQ-nin Mərkəzi Komanda Məntəqəsində təşkil edilən rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və BƏƏ HHQ komandanları arasında görüş keçirilib.
Tərəflər hər iki ölkənin HHQ-si ilə bağlı həyata keçirilən tədbirlərə dair geniş fikir mübadiləsi aparıb, yeni perspektivlər, həmçinin maraq doğuran digər məsələləri müzakirə ediblər.
Daha sonra BƏƏ nümayəndə heyətinə müasir standartlara uyğun idarəetmə sistemləri ilə təchiz olunmuş komanda məntəqəsinin əsas fəaliyyət istiqaməti ilə bağlı brifinq təqdim olunub.
Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.