• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı 2026–2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədini imzalayıb

Oktyabr 28, 2025
A A

Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılmasının 80-cı ildönümünə həsr edilmiş tədbirdə Azərbaycan Respublikası Hökuməti və BMT arasında 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (UNSDCF) imzalanıb. Çərçivə Sənədini iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva imzalayıblar.

Globalart.az Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sənəd qarşıdakı beş il üçün Azərbaycan və BMT arasında tərəfdaşlığın strateji istiqamətlərini müəyyən edir, dayanıqlı inkişafın təşviqi və ölkəmizdə insanların rifahının artırılması istiqamətində birgə öhdəlikləri əks etdirir. 

Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Azərbaycan və BMT arasındakı möhkəm tərəfdaşlığın rolunu vurğulayıb. Qeyd edilib ki, Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin imzalanması insanların və planetin dayanıqlı inkişafı üçün yeni və gələcəyə yönəlmiş əməkdaşlığın başlanğıcıdır.

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin çoxtərəfli diplomatiyanın əsas dayaqlarından biri kimi mühüm rolunu nəzərə çatdırıb. Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması, bu istiqamətdə qadınların və gənclərin hüquq və imkanlarının artırılması, humanitar təşəbbüslər və mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyi qeyd edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizlə BMT arasında uzunmüddətli və səmərəli əməkdaşlığı vurğulayıb. Tərəfdaşlığın davamlı inkişaf üçün yeni imkanlar və ölkəmizin iqtisadi inkişaf modelini təkmilləşdirmək üçün effektiv dəstək mexanizmləri yaratdığını bildirib. Birgə fəaliyyətin yeni mərhələsi olan Çərçivə Sənədinin əvvəlki əməkdaşlıq dövrlərində əldə edilmiş nailiyyətlərə əsaslandığı və Azərbaycanın uzunmüddətli sosial-iqtisadi prioritetləri, o cümlədən insan kapitalının inkişafı, innovasiyaların, ekosistemlərin, iqlimə davamlılığın, səmərəli yaşıl keçidin təşviqi, inklüziv artımın təmin edilməsi istiqamətində səyləri ilə uzlaşdığı bildirilib.

Tədbirdə dövlət qurumlarının rəhbərləri, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. İştirakçılar BMT-nin 80 il ərzində həyata keçirdiyi qlobal fəaliyyəti və Azərbaycanın Təşkilatla əməkdaşlığı çərçivəsində 2030 Gündəliyinə doğru irəliləyişi müzakirə ediblər.

Tədbirdə həmçinin BMT-nin sülhün, ləyaqətin və hamı üçün firavanlığın təşviqinə həsr olunmuş 80 illik tarixini əks etdirən “Yaşayan miras” (“A Living Legacy”) adlı qısa film nümayiş etdirilib.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.