• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan və Estoniya əməkdaşlığı müzakirə edilib

Dekabr 3, 2025
A A

Estoniya Vergi və Gömrük Şurasının baş direktorunun müavini Yanek Rozovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub.

Dövlət Vergi Xidmətindən Globalart.az-a bildirilib ki, səfərin əsas məqsədi Azərbaycan və Estoniya arasında vergi inzibatçılığı, rəqəmsal xidmətlərin tətbiqi və innovativ idarəetmə modellərinin inkişafı istiqamətində əməkdaşlığın daha da genişləndirilməsidir.

Dövlət Vergi Xidmətində keçirilən görüşlər zamanı Estoniyanın dünyada tanınmış rəqəmsal idarəetmə ekosistemi, vergi inzibatçılığı proseslərinin avtomatlaşdırılması, məlumatların real vaxt rejimində emalı, transsərhəd məlumat mübadiləsi və yeni nəsil analitik həllərin tətbiqi üzrə təcrübəsi ətrafında geniş müzakirələr aparılıb. Tərəflər birgə layihələrin həyata keçirilməsi perspektivlərini, qarşılıqlı inteqrasiya və əməkdaşlıq formatlarını da nəzərdən keçiriblər.

Görüşlərdə vergi inzibatçılığının təkmilləşdirilməsi, rəqəmsal ekosistemin daha da inkişaf etdirilməsi, təhlükəsiz məlumat idarəçiliyi və risk əsaslı vergi nəzarəti mexanizmlərinin gücləndirilməsi sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb. Tərəflər arasında geniş təcrübə mübadiləsi aparılıb, müxtəlif rəqəmsal vergi həlləri və idarəetmə alətləri praktiki şəkildə nümayiş etdirilib.

Nümayəndə heyətinin səfəri çərçivəsində Estoniya Vergi və Gömrük Şurası tərəfindən real vaxt iqtisadiyyatı, vergiödəyicilərinin qiymətləndirilməsi və risklərin idarə edilməsi üzrə həllər üzrə həyata keçirilən layihələr təqdim edilib. DVX tərəfindən rəqəmsal vergi inzibatçılığı sahəsində görülmüş işlər, tətbiq edilən yeni nəsil elektron xidmətlər, vergi risklərinin idarə olunması üzrə istifadə edilən analitik sistemlər, məlumat təhlükəsizliyi və idarəetmə modelləri haqqında ətraflı məlumat verilib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.