• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan və Özbəkistanın milli teatrları əməkdaşlığa başlayır

Oktyabr 28, 2025
A A

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə öz beynəlxalq əlaqələrini genişləndirir.

Globalart.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənd şəhərində Özbəkistan Milli Akademik Dram Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandumu Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Özbəkistan Milli Akademik Dram Teatrının direktoru, Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli sənətkar Yodqar Saqdıyev imzalayıblar. Hər iki teatrın rəhbəri imzalanan əməkdaşlıq haqqında Memorandumu teatr sənətinin gələcək inkişafı və yeni əlaqələr üçün vacib addım kimi dəyərləndiriblər. Memorandum səmərəli əməkdaşlıq, klassik və müasir dramaturgiyanın dəyərli nümunələrinin, tamaşaların yaradıcı kollektivlərinin, teatr sahəsində çalışan ayrı-ayrı peşə nümayəndələrinin — rejissor, aktyor, səhnə tərtibatçısı və kostyum ustalarının ikitərəfli mübadiləsi, forum və ustad dərslərinin keçirilməsini nəzərdə tutub.

Görüşdə müxtəlif dünya teatrları ilə müqavilələlərin imzalanması, beynəlxalq əlaqələr istiqamətində atılan addımlar teatrın prioritet istiqaməti kimi müəyyən olunub.

Akademik Milli Dram Teatrı artıq Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı, Belarus Yanka Kupala adına Milli Akademik Teatrı, T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı, Rusiyanın Aleksandrinski teatrı ilə əməkdaşlıq memorandumları imzalayıb.

Səfər çərçivəsində İlham Əsgərov Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevlə görüşüb. Səfir Akademik Milli Dram Teatrının beynəlxalq əlaqələr istiqamətində atdığı addımları yüksək dəyərləndirib. Səfirə müxtəlif teatrlarla imzalanan memorandumlar haqqında ətraflı məlumat verilib və Hüseyn Quliyev iki ölkə arasında mədəni əlaqələrin, o cümlədən, teatr əlaqələrinin gələcək inkişafı ilə bağlı səfirlik tərəfindən ən yüksək səviyyədə dəstək göstəriləcəyini qeyd edib.

Ulu Öndər Heydər Əliyevin Daşkənd şəhərində Heydər Əliyev parkında yerləşən büstü ziyarət olunub, önünə çiçək dəstələri qoyulub.

Daha sonra İlham Əsgərov Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə görüşüb, mərkəzlə yaxından tanış olub. Görüş zamanı müzakirələr aparılıb və 2026-cı ildə Mədəniyyət Mərkəzi və Akademik Milli Dram Teatrı arasında müxtəlif istiqamətli maarifləndirici ustad dərslərini özündə əhatə edən tədbirlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Özbəkistan Akademik Milli Dram Teatrında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanan özbək aktyorlarının ifasında tamaşa nümayiş olunub, Özbəkistan Musiqili Teatrının direktoru Əzim Mullaxanovla görüş keçirilib.

Daha sonra Özbəkistanın qədim şəhərlərindən olan Səmərqənd şəhərinə səfər edilib. İlham Əsgərov Səmərqənd Musiqili Dram Teatrının direktoru İsgəndər Sultanovla görüşüb, Əmir Teymurun, Özbəkistanın ilk prezidenti İslam Kərimovun və Xoca Daniyarın məqbərələri ziyarət olunub.

Qeyd edək ki, 2026-cı ildə iki teatr arasında qarşılıqlı qastrol səfərlərinin təşkili nəzərdə tutulub.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.