• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan və Pakistan parlamentarilərinin onlayn görüşü keçirilib

Yanvar 16, 2026
A A

Yanvarın 15-də Milli Məclisin Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kəmaləddin Qafarov və Pakistan Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Syed Raza Əli Gillani arasında videokonfrans formatında görüş keçirilib.

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki,  Kəmaləddin Qafarov dövlətlərimiz arasındakı qarşılıqlı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, Prezident İlham Əliyevin ölkələrimiz arasında strateji əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. Qeyd olunub ki, 2025-ci il noyabrın 8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Pakistanın Baş nazirinin iştirakı ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin bariz nümunəsi olub. Bildirilib ki, Azərbaycan və Pakistan arasında parlamentlərarası, siyasi və  iqtisadi sahələrlə yanaşı, dövlət xidmətləri istiqamətində də səmərəli əməkdaşlıq mövcuddur. Pakistanda “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması bu sahədə uğurlu tərəfdaşlığın göstəricisi kimi dəyərləndirilib.

Pakistanlı parlamentari Syed Raza Əli Gillani Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda Pakistan nümayəndə heyətinin iştirakını xüsusi vurğulayıb. Bildirilib ki, dövlətlərimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələr mühüm rol oynayır və bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.

Onlayn görüşdə iştirak edən Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Elşən Musayev, Ceyhun Məmmədov, Arzu Nağıyev, Azərbaycanla dostluq qrupunun üzvləri Sehar Kamran, Syeda Amnah Batool, Muhammad Moin Aamer Pirzada  , eləcə də hər iki ölkənin səfirləri Qasım Mohiuddin və Xəzər Fərhadov ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə fikirlərini bölüşüblər.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.