• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycanın ixrac potensialı Yaponiyanın 5000 üzvü olan biznes şəbəkəsində dəstəklənəcək

Fevral 17, 2026
A A

“Azexport” portalı ilə Yaponiyanın 5000-dən artıq üzvü olan “Shinseikai” biznes platforması arasında görüş keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşdə “Azexport” portalının rəhbəri Ayxan Qədəşov və “Shinseikai” təşkilatının nümayəndəsi Hitoşi Usukura iştirak ediblər.

Görüşün əsas məqsədi Azərbaycan məhsullarının Yaponiya bazarına çıxış imkanlarının genişləndirilməsi, iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulması və ixrac prosesindəki texniki-hüquqi prosedurların müzakirəsi olub.

Hitoşi Usukura bildirib ki, “Shinseikai” təşkilatı Yaponiyanın iqtisadi həyatında mühüm rol oynayan 5000-dən çox üzvü özündə birləşdirir. Təşkilatın üzvləri tekstil, kənd təsərrüfatı, sənaye istehsalı, logistika və digər strateji sektorları təmsil edən sahibkarlardan ibarətdir. Yaponiyalı qonaq Azərbaycanın ixrac potensialı ilə yaxından maraqlandıqlarını və təmsil etdiyi şəbəkə vasitəsilə Azərbaycan məhsullarının Yaponiyada tanıdılmasına dəstək verə biləcəklərini vurğulayıb.

“Azexport” portalının rəhbəri Ayxan Qədəşov qonağa portalın fəaliyyət istiqamətləri, yerli sahibkarlara göstərilən dəstək mexanizmləri və qlobal e-ticarət platformaları (“Amazon”, “Alibaba” və s.) ilə inteqrasiya barədə təqdimatla çıxış edib.

Təqdimat zamanı nümayiş etdirilən “Azexport”un rəqəmsal sərgi zalı qarşı tərəfin xüsusi marağına səbəb olub. Hitoşi Usukura qeyd edib ki, məsafədən asılı olmayaraq məhsulların vizual və detallı şəkildə nümayişini təmin edən bu innovativ həll yaponiyalı alıcıların Azərbaycan məhsulları haqqında dolğun məlumat əldə etməsi üçün unikal vasitə ola bilər.

Tərəflər ixrac zamanı qarşıya çıxan texniki standartlar, sertifikatlaşdırma tələbləri və hüquqi prosedurlar ətrafında fikir mübadiləsi aparıb, bu istiqamətdə sahibkarların maarifləndirilməsi və logistik maneələrin aradan qaldırılması üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.

Görüşün yekunu olaraq, “Shinseikai” təşkilatının üzvləri ilə Azərbaycan ixracatçıları arasında B2B əlaqələrin qurulması və məhsullarımızın Yaponiyanın ticarət şəbəkələrinə inteqrasiyası istiqamətində konkret addımların atılması barədə razılıq əldə olunub.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.