• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycanın təşəbbüsü ilə BMT-də müzakirə təşkil olundu

Fevral 5, 2026
A A

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi ilə Esseks Universitetinin İnsan Hüquqları Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Sülh və həmrəylik üçün effektiv mədəniyyətlər və dinlərarası dialoqu təşviq etmək üçün yaxşı təcrübələrin müəyyən edilməsi: Əldə edilən dərslər” mövzusunda yüksəksəviyyəli panel müzakirəsi keçirilib.

Globalart.az “Report”a istinadən xəbər verir ki, Ümumdünya Dinlərarası Harmoniya Həftəsi və Beynəlxalq İnsan Qardaşlığı Günü çərçivəsində təşkil edilən tədbirdə Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, BMT Baş katibinin qlobal kommunikasiyalar üzrə müavini Melissa Fleminq, BMT Baş katibinin köməkçisi və “UN Women”in icraçı direktorunun müavini Nyaradzayi Qumbonzvanda, UNESCO-nun BMT-dəki nümayəndəsi Eliot Minçenberq, Esseks Universitenin İnsan Hüquqları Mərkəzinin professoru Əhməd Şahid və “Religions for Peace International” qeyri-hökumət təşkilatının baş katibi Fransis Kuria məruzə ilə çıxış ediblər.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayevin moderatorluğu ilə baş tutan müzakirələrdə, həmçinin BMT-nin yüksəksəviyyəli rəsmiləri, üzv dövlətlərin səfirləri, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

T.Musayev qeyd edib ki, panelin təşkilində əsas məqsəd mədəniyyətlər və dinlərarası dialoqu gücləndirmək üçün effektiv yanaşmaları müəyyənləşdirmək, qabaqcıl təcrübələri bölüşmək və artan qütbləşmə fonunda innovativ həlləri müzakirə etməkdir.

F.Cəfərov bildirib ki, artan geosiyasi gərginlik fonunda dialoq yalnız ideal deyil, praktik zərurətdir:

“Mədəniyyətlər və dinlərarası dialoq artıq normativ arzu deyil, münaqişələrin qarşısının alınması, etimad quruculuğu və dayanıqlı inkişaf üçün praktik alətdir”.

Nazir müavini 2008-ci ildə başlanmış “Bakı Prosesi”nin bu sahədə qlobal platformaya çevrildiyini vurğulayıb və qeyd edib ki, bu proses hökumətlərlə yanaşı, dini liderləri, alimləri, gəncləri və vətəndaş cəmiyyətini bir araya gətirən inklüziv modeldir. F.Cəfərov əlavə edib ki, Azərbaycan bu il Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək.

Çıxışlarda qeyd edilib ki, dünyada dözümsüzlük, ayrı-seçkilik və zorakılıq hallarının artması beynəlxalq əməkdaşlığın gücləndirilməsini zəruri edir. Bu baxımdan, Azərbaycanın təşkilatçılığı ilə keçirilən bu panel xüsusi əhəmiyyət kəsb edir.

Panel iştirakçıların sualları və müzakirələrlə davam edib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.