• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycanın xarici işlər naziri Pakistanın federal ombudsmanı ilə görüşüb

Noyabr 14, 2025
A A

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti, Pakistanın federal ombudsmanı Ecaz Əhməd Qureşinlə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Globalart.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Pakistan münasibətlərinin dostluq və qardaşlıq prinsipləri əsasında dinamik inkişafından məmnunluq ifadə edilib, dövlətlərarası strateji tərəfdaşlığın təşəkkülündə iki ölkənin liderləri arasında yüksəksəviyyəli təmasların müstəsna rolu vurğulanıb.

Son bir il ərzində ikitərəfli və çoxtərəfli formatlarda baş tutan çoxsaylı ali və yüksəksəviyyəli təmaslar, xüsusilə də Azərbaycan, Pakistan və Türkiyə liderlərinin cari ilin mayında Laçın şəhərində keçirilmiş üçtərəfli görüşü, eləcə də Pakistan Baş nazirinin 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş Hərbi paradda iştirakı məmnunluqla xatırlanıb.

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq və qarşılıqlı investisiyaların artan dinamikası qeyd olunub, bunun digər sahələrdə əlaqələrin inkişafına müsbət təsir göstərdiyi diqqətə çatdırılıb.

İki ölkənin Ombudsman aparatları arasında əməkdaşlığın öz növbəsində ikitərəfli münasibətlərimizin dərinləşdirilməsi və genişləndirilməsinə əlavə dəyər qatdığı bildirilib.

Beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində iki ölkənin qarşılıqlı dəstəyə əsaslanan koordinasiyalı fəaliyyəti yüksək qiymətləndirilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.