• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycanla Çin arasında “Yaşıl Enerjinin İnkişafı üzrə Birgə Tədqiqat Mərkəzi”nin yaradılması müzakirə edilib

Oktyabr 28, 2025
A A

Energetika naziri Pərviz Şahbazovla “China Energy Engineering Corporation Limited” şirkətinin vitse-prezidenti Lu Xunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşdə şirkətlə enerji sahəsində hərtərəfli strateji tərəfdaşlığa uyğun gündəlikdə olan layihələrin icrası ilə bağlı müzakirələr aparılıb.

Dövlət başçısının istehlak və ixrac məqsədilə bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji zonaları”nın yaradılması və bu sahədə Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı siyasəti qeyd olunub. “China Energy Engineering Corporation Limited” şirkəti ilə çoxşaxəli əməkdaşlığın Azərbaycanda bərpaolunan enerjinin inkişafına yeni impuls verəcəyi vurğulanıb. Bu xüsusda, yeni güclərin elektrik şəbəkəsinə inteqrasiya potensialının müəyyənləşdirilməsində Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə həyata keçirilən tədqiqatların əhəmiyyəti, həmçinin “Yaşıl Enerjinin İnkişafı üzrə Birgə Tədqiqat Mərkəzi”nin yaradılmasının vacibliyi diqqətə çatdırılıb.

Müzakirələr zamanı dənizdə 200 MVt gücündə külək və quruda 160 MVt gücündə günəş enerjisi layihələri üzrə əməkdaşlığın cari vəziyyəti dəyərləndirilib, növbəti addımlar müəyyənləşdirilib. Biləsuvar və Neftçalada ümumi gücü 760 MVt olan günəş elektrik stansiyalarının inşası və avadanlıqlarla təchizatında şirkətin fəaliyyəti yüksək qiymətləndirilib.

Bundan başqa, görüşdə Azərbaycanla Mərkəzi Asiya, Türkiyə və Avropa arasında elektrik enerjisinin ötürülməsi layihələrinin inkişafı ilə bağlı məsələlər və şirkətlə əməkdaşlıq imkanları ətrafında da fikir mübadiləsi aparılıb.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.