• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycanlı rəssamın əsəri Pekində nümayiş olunur

Yanvar 5, 2026
A A

Çinin paytaxtı Pekində 10-cu Beynəlxalq İncəsənət Biennalesi işə başlayıb.

Globalart.az xəbər verir ki, 2 ildə bir dəfə keçirilən sərginin builki mövzusu “Birgəyaşayış“dır. 120 ölkədən 600-dən çox əsərin nümayiş olunduğu sərgidə əsasən rəsm əsərləri nümayiş olunsa da, burada dünya incəsənət ustalarının heykəltaraşlıq əsərləri, fotoşəkilləri, müasir incəsənət nümunələri və videoalar da sərgilənir. Sərginin digər maraq doğuran eksponatları müasir rəqəmsəl texnologiyalar vasitəsilə yaradılan sənət əsərləridir.

Biennaledə Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmiz rəssam Bütünay Haqverdiyevin “Kənd toyu” əsəri ilə təmsil olunur. Əsərdə ənənəvi toyların bəzəyi olan bəy və gəlin yox, toyun canlılığını təmin edən qonaqlar və onların məclisdəki fəaliyyətləri rəngli boyalarla təqdim olunur. Rəssam Azərbaycanın milli toy adətlərində kənd amilini ön plana çıxarmaqla yanaşı, sadə və zəhmətkeş Azərbaycan insanının poetik obrazını ağ kətan üzərində böyük məharətlə canlandırıb. Əsər çinli və xarici incəsənət ustaları, eləcə də ziyarətçilər arasında böyük marağa səbəb olub.

Çinin Ədəbiyyat və İncəsənət Federasiyası, Çin İncəsənət Xadimləri Assosiasiyası və Pekin bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən sərgi yanvarın 28-dək davam edəcək. Sərgi çərçivəsində 1-ci beynəlxalq incəsənət konfransı da keçirilib.

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.