Azərbaycan cüdoçuları Açıq Avropa Turnirində uğur qazandı
Globalart.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Açıq Avropa Turnirində idmançılarımızdan Məhərrəm İmamverdiyev (81 kq) qızıl, Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, ötən gün İslam Rəhimov (66 kq) qızıl, Nazir Talıbov (66 kq) gümüş, Hüseyn Allahyarov və Murad Muradlı (hər ikisi 60 kq) bürünc medallara layiq görülüb. Yekunda 2 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edən Azərbaycan ümumi komanda hesabında ikinci, kişilərin mübarizəsində birinci yerə layiq görülüb.
Globalart.az
