Azərbaycan cüdoçularından uğurlu nəticə
Globalart.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Açıq Avropa Turnirində idmançılarımız uğurlu nəticə əldə ediblər. İslam Rəhimov (66 kq) qızıl, Nazir Talıbov (66 kq) gümüş, Hüseyn Allahyarov və Murad Muradlı (hər ikisi 60 kq) isə bürünc medal qazanıblar.
Globalart.az
