• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert

Sentyabr 22, 2025
A A

Sentyabrın 22-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəyli və Türk dünyasının musiqisi” adlı konsert keçirilib. Globalart.az  “AZƏRTAC”a istinadən xəbər verir ki, konsertdən əvvəl çıxış edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Üzeyir Hacıbəylinin yaradıcılığının xalqımızın mədəni yaddaşındakı mühüm yerindən danışaraq qeyd edib ki, dahi bəstəkarın əsərləri bu gün də böyük sevgi və ehtiramla ifa olunur və dinlənilir.

Rafael Hüseynov vurğulayıb ki, Azərbaycan xalqının iki böyük şəxsiyyəti – Üzeyir Hacıbəyli və Müslüm Maqomayev – onilliklərdir xalqımızın qəlbində əbədi yaşayır. XX əsrin əvvəllərindən etibarən bu sənətkarlar milli musiqimizin və mənəvi dəyərlərimizin inkişafı yolunda əvəzsiz xidmətlər göstərərək, Azərbaycan mədəniyyətini zənginləşdirib və onu yeni nəsillərə ötürüblər.

Daha sonra səhnəyə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxıb. Kollektivə Qazaxıstan Milli Akademik Simfonik Orkestrinin baş dirijoru, beynəlxalq müsabiqələr laureatı, Əməkdar incəsənət xadimi Kanat Omarov rəhbərlik edib. Konsert Üzeyir Hacıbəylinin ölməz “Koroğlu” operasından möhtəşəm uvertüra ilə açılıb. Ardınca Türkmənistan, Qırğızıstan, Başqırdıstan, Qazaxıstan, Tatarıstan, Türkiyə və Özbəkistandan olan sənətkarların əsərləri təqdim olunub.

Proqramın növbəti hissəsində Azərbaycan Dövlət Xor Kapellası səhnəyə çıxıb. Kollektivin bədii rəhbəri Xalq artisti Gülbacı İmanova, solist isə Əməkdar artist Ramil Qasımov olub. Gənc vokalçı Nigar Əsgərova da tamaşaçılara öz ifası ilə xoş anlar yaşadıb.

Konsertin yekununda Ramil Qasımov Müslüm Maqomayevin məşhur “Radio marşı”nı səsləndirib. Bu əsərin sözləri akademik Rafael Hüseynova məxsusdur.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.