• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan Mərkəzi Asiyanın mötəbər media tədbirində təmsil olunub

Noyabr 6, 2025
A A

Qazaxıstan paytaxtında Mərkəzi Asiyanın aparıcı media platforması olan “Astana Media Week 2025” davam edir. Astana şəhəri üç gün davam edəcək plenar və panel müzakirələri, təqdimatlar və praktiki ustad dərslərinə ev sahibliyi edir.

Gloabalart.az “AZƏRTAC”a istinadənxəbər verir ki, tədbirin ilk gününün ən yaddaqalan məqamı “Rəqəmsallaşma və süni intellekt dövründə jurnalistika üçün yeni oriyentirlər. İctimai etimad və inkişaf” adlı plenar sessiya olub. Müzakirələrdə Avropa və Asiyanın əsas media təşkilatlarının rəhbərləri iştirak ediblər.

“Jurnalistika yol ayrıcında. Süni intellektlə rəqəmsal medianın yaranması” adlı panel müzakirəsi xüsusilə diqqəti cəlb edib. “Media etikası etibarın təməli kimi. Redaktorların manifesti” mövzusunda media menecerlərinin görüşü də keçirilib. Həmçinin “Sahə jurnalistikası üzrə mütəxəssislərin hazırlanmasına mövcud yanaşmalar” mövzusunda dəyirmi masa müzakirəsi təşkil olunub.

Jurnalistikanın cəmiyyətin səfərbər edilməsində, dəyərlərin qorunmasında və sosial kapital kimi etimadı gücləndirməkdə rolu məsələləri bugünkü tədbirin əsas diqqət mərkəzində dayanırdı.

“Astana Media Week” dövlət, müstəqil, peşəkar və inkişaf etməkdə olan media qurumlarını bir araya gətirən illik media və jurnalistika tədbiridir.

Bu tədbir illər ərzində Qazaxıstanda və regionda media sektoru üçün əsas inkişaf nöqtəsinə çevrilib və peşəkar icmalar, tənzimləyici orqanlar və beynəlxalq platformalar arasında dialoqu asanlaşdırıb.

Gloabalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.