• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan müdafiə naziri gürcüstanlı həmkarı ilə görüşüb

Oktyabr 9, 2025
A A

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 12-ci üçtərəfli görüşü çərçivəsində Ankara şəhərinə səfəri davam edir.

Globalart.az Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov ilə gürcüstanlı həmkarı cənab İrakli Çikovani arasında oktyabrın 9-da ikitərəfli görüş keçirilib.
Görüşdə Azərbaycan və Gürcüstanın hərbi sahədə əməkdaşlığının regionda sülhə, sabitliyə və təhlükəsizliyə xidmət etdiyi, eləcə də ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarımızın görüşlərinin mühüm rol oynadığı xüsusi vurğulanıb.
Qeyd edilib ki, qarşılıqlı səfərlərin və müxtəlif formatda görüşlərin keçirilməsi bütün sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrimizin yüksək səviyyədə olduğunun bariz nümunəsidir.
Regionda mövcud hərbi-siyasi vəziyyəti müzakirə edən nazirlər, üçtərəfli və ikitərəfli formatda əməkdaşlığın inkişaf edərək bütün sahələri əhatə etməsinin xalqlarımızın dayanıqlı sülh şəraitində firavan yaşamasının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Görüşün sonunda ölkələrimiz arasında hərbi əməkdaşlığın yeni perspektivlərindən, təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyindən danışılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.