• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub

Oktyabr 20, 2025
A A

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Globalart.az Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması və inkişafında misilsiz xidmətlərindən, müstəqilliyimizin qorunub saxlanılması istiqamətində atdığı qətiyyətli addımların tarixi əhəmiyyətindən danışıblar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ümummilli Liderin strateji kursunun yüksələn istiqamətdə, müasir dövrün reallıqları nəzərə alınaraq uğurla davam etdirilməsi nəticəsində müstəqilliyimizin daha da möhkəmləndirildiyi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu xüsusi vurğulanıb.
Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasəti sayəsində Azərbaycanda dayanıqlı inkişafın təmin olunduğu, dünyəvilik prinsiplərinin qorunduğu, ölkəmizin beynəlxalq aləmdə söz və nüfuz sahibi olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirlər çərçivəsində vətənpərvərlik mövzusunda sənədli filmlər, videoçarxlar və bədii kompozisiyalar təqdim edilib, şəhidlərimizin məzarları və tarix muzeyləri ziyarət olunub.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.