• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“Azərbaycan” qəzetində Qərbi Azərbaycan mövzusu” adlı kitabın təqdimatı olub

Oktyabr 7, 2025
A A

“Azərbaycan” qəzetində Qərbi Azərbaycan mövzusu” (sentyabr 1918 – oktyabr 1919) adlı kitabın təqdimatı olub.

Global Art “Report.az”a istinadən xəbər verir ki, kitab ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə çap edilib.

Təqdimatda Milli Məclisin deputatı və Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun sədri Əziz Ələkbərli çıxış edərək bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra onun fəaliyyətinin işıqlandırılması üçün mətbu orqana ciddi ehtiyac var idi:

“Bu missiyanı ilk olaraq “Azərbaycan” qəzeti öz üzərinə götürdü. Qəzetdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası, Zəngəzur, Naxçıvan və Qarabağda Azərbaycan xalqına qarşı törədilən kütləvi qırğınlar, Ermənistan Respublikası ərazisində yaşayan azərbaycanlıların kütləvi surətdə məhv edilməsi və tarixi torpaqlarından silah gücünə qovulması haqqında çoxlu məlumatlar işıq üzü görürdü. Bugünkü kitabda da bütün o məlumatların toplusu öz əksini tapır”.

Nəşrin müəllifi Azad Ağaoğlu isə vurğulayıb ki, 1918-1920-ci illərdə Azərbaycan və rus dillərində nəşr edilən “Azərbaycan” qəzetini Cümhuriyyət dövrünün salnaməsi hesab etmək olar.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə də kitabın nəşrini çox uğurlu hesab etdiyini qeyd edib:

“Hazırda ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə 1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzetinin Azərbaycan dilində nüsxələrinin tam külliyyatı Türkiyədə yaşayan soydaşlarımız Mehdi Gəncəli və Azad Ağaoğlunun ərəb qrafikalı əlifbadan kiril qrafikalı müasir Azərbaycan əlifbasına transliterasiyası ilə 20 cilddə kitab şəklində çap edilir”.

Global Art

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.