• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Oktyabr 22, 2025
A A

Fortunamag.az Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə istinadən xəbər verir ki, 2025-ci il oktyabrın 20-də Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçılarının Prezident İlham Əliyevə müraciət qəbul edib. Müraciəti təqdim edirik:

“Biz – azad Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçilməsinin bəxtiyarlığı içərisindəyik.
Forumda yüzlərlə QHT təmsilçisi vahid platformada olduqca aktual mövzularda faydalı müzakirələr apardı, təcrübə, bilik mübadiləsi etdi, qənaətlərini bölüşdü.
Sizin QHT sektoruna diqqətinizdən irəli gələrək, genişlənən imkanların, yaradılan şəraitin nəticəsidir ki, artıq Azərbaycan QHT-ləri dünyaya açılıb, beynəlxalq təmsilçiliyini gücləndirib, regionda böyük nüfuz qazanıb.
Dünya əhalisinin 80%-nin yaşadığı Qlobal Cənub məkanında vətəndaş cəmiyyətlərinin yekdil rəyi ilə təsis edilmiş Qlobal Cənub QHT Platforması daimi mənzil qərargahı kimi Bakını müəyyən edib. Bu, qlobal müsəvidə Azərbaycan QHT-lərinə münasibətdə formalaşan yeni baxışın real nümunəsidir.
Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi, sürətlə dirçəlişi Sizin yürütdüyünüz siyasətin təntənəsi, tarixi bəhrəsidir. İşğaldan azad olunmuş ərazilərdə – 30 il müddətində viran qalmış yerlərdə qısa müddətdə 6 şəhər, 2 qəsəbə və 20 kənd qurulub, 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb, proses sürətlə davam etdilir. Azərbaycan post-münaqişə bölgəsində şəhərsalma təcrübəsi ilə dünyada bənzərsiz nümunə, model yaradıb. Təsadüfi deyil ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası gələn il məhz Azərbaycanda keçiriləcək.
Azərbaycan QHT-ləri Ümumdünya Şəhərsalma Forumunda fəal iştiraka ciddi hazırlaşır. COP29-da əldə edilmiş təcrübə bu prosesdə QHT-lərə olduqca böyük fayda verir.
Bu gün süni intellekt və rəqəmsal həllər dövründə “rəqəmsal QHT” konsepsiyası tamamilə fərqli müstəvidə iş aparmağa, daha ciddi ölçüləbilən nəticələr əldə etməyə, səmərəliliyi xeyli yüksəltməyə şərait yaradır.
Cənab Prezident!
Biz Azərbaycanı qələbədən qələbəyə aparan siyasətinizi tam müdafiə edir, müharibənin qalibi və sülhün müəllifi kimi Sizin tarixi missiyanızı alqışlayırıq.
Bu ilin 8 avqustundakı Vaqinqton Zirvə Görüşü də sübut edir ki, “Konstitusiya və Suverenlik İli” Azərbaycan tarixinə yeni mərhələnin başlanğıcı kimi düşəcək.
Təkcə son 1 ayda 4 qlobal toplantıda – Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında, Kopenhagendə “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında, Azərbaycanın evsahibliyi ilə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Zirvə Görüşündə, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Misirdə Yaxın Şərq Sülh Sammitində Sizin iştirakınız dünya miqyasında qazandığınız böyük nüfuzu, dərin hörməti, Azərbaycanın qlobal proseslərdə artan rolunu nümayiş etdirir.
Biz Sizinlə fəxr edirik!
Şəhidlərimizin qanı, veteranlarımızın şücaəti, xalqımızın birliyi, Sizin güclü liderliyiniz və dəmir yumruğunuz sayəsində əldə edilmiş ərazi bütövlüyü və suverenliyimizi göz bəbəyi kimi qorumaq ilk növbədə vətəndaşlıq borcu, milli şərəfimizdir.
Azərbaycan QHT-ləri bu yolda daim mübariz olacaq!”.
Forum iştirakçılarının dövlət başçısına müraciətini “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva oxuyub.

Fortunamag.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.