• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq

Sentyabr 29, 2025
A A

Globalart.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan UNESCO-nun 2025-ci il 29 sentyabr – 1 oktyabr tarixlərində Barselonada keçiriləcək Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında (MONDIACULT 2025) təmsil olunacaq. Tədbirdə ölkəmizi mədəniyyət naziri Adil Kərimli başda olmaqla Azərbaycan nümayəndə heyəti təmsil edəcək.

MONDIACULT 2025 çərçivəsində sentyabrın 28-də Barselonada “Mədəniyyət əsaslı iqlim fəaliyyəti üzrə 3-cü Yüksək Səviyyəli Nazirlər Dialoqu” keçiriləcək. Bu dialoq mədəniyyət sahəsinin qlobal iqlim gündəliyinə inteqrasiyasını təşviq etməklə, dayanıqlı gələcək naminə yeni yanaşmaların müzakirəsinə imkan yaradacaq.

MONDIACULT UNESCO-nun təşəbbüsü ilə 1982-ci ildən etibarən keçirilən və dünyada mədəniyyət siyasətləri üzrə ən genişmiqyaslı hökumətlərarası platforma kimi tanınır. Bu ilki konfrans mədəniyyətin qlobal miqyasda inkişafın əsas dayaqlarından biri kimi tanınmasını, həmçinin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyində mədəniyyətin ayrıca məqsəd kimi təsbit edilməsini hədəfləyir.

Tədbir çərçivəsində “Mədəni hüquqlar”, “Rəqəmsal texnologiyalar və mədəniyyət”, “Təhsil və mədəniyyət”, “Mədəniyyət iqtisadiyyatı”, “İqlim və mədəniyyət”, “İrs, mədəniyyət və böhran” kimi mövzular müzakirə olunacaq. Konfrans yüzlərlə ölkəni, beynəlxalq təşkilatları, mədəniyyət sahəsinin ekspertlərini və vətəndaş cəmiyyətini bir araya gətirərək, qarşılıqlı təcrübə və ideya mübadiləsi üçün unikal qlobal platforma rolunu oynayacaq.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.