Azərbaycan üzgüçüləri İslamiadada ikinci medalı qazanıblar
A
A
Azərbaycan üzgüçüləri Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ikinci medalı qazanıblar.
Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, yığma üzvləri qadınlar arasında 4×200 metr məsafəyə sərbəst üsulla estafet yarışında üçüncü yeri tutublar.
Qeyd edək ki, ötən gün Süleyman İsmayılzadə 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında bürünc medala sahib çıxmışdı.
Globalart.az